Yuxarı

Qanunsuz dini yığıncaq təşkil edənlər həbs olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qanunsuz dini yığıncaq təşkil edənlər həbs olundu

İyulun 29-da Lənkəran şəhər sakini İlqar Əzimovun yaşadığı evdə bir qrup şəxslə dini yığıncaq təşkil etməsi barədə Lənkəran Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Axar.az-a bildirilib ki, həmin ünvana gələn polis əməkdaşları tərəfindən ev sahibinin karantin qaydalarına zidd olaraq sosial məsafə gözlənilmədən dini mərasim təşkil edilməsi, qapalı məkanda tibbi maskadan istifadə edilməməsi, səsgücləndirici vasitələrdən istifadə etməklə dini ritualların səsləndirməsi halları müəyyən edilib.

Qeyd olunub ki, bu hallar həmçinin qonşuluqda yaşayan sakinlərin narazılığına səbəb olub. Mərasimi təşkil edən İ.Əzimov və 22 nəfər Lənkəran ŞRPŞ-yə gətirilib. Həmin mərasimin təşkilatçısı İ.Əzimov və digər 3 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə (211.1-Epidemiya əleyhinə rejimin,sanitariya-gigiyena və karantin qaydalarının pozulması),(515.0.2-Dini yığıncaqlar və digər mərasimlərin təşkilinin, keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulması)əsasən inzibati protokol tərtib olunaraq baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə İ.Əzimov, Ə.Məmmədov, Ş.Rzayev, Ə.Rzayev inzibati qaydada həbs olunublar.

Tarix
2021.08.03 / 13:38
Müəllif
Axar.az
Digər xəbərlər

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres Azərbaycana dair 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla