Yuxarı

Bakıda xəstəlik yayıldı, şam ağacları kütləvi kəsilir – ETSN

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda xəstəlik yayıldı, şam ağacları kütləvi kəsilir – ETSN

Bakıda və şəhərətrafı ərazilərdə şam ağacları sürətli şəkildə quruyur. Xüsusilə Bayıl yamacında xeyli şam ağacı qurumaq üzrədir.

Bununla bağlı Axar.az-a daxil olan məlumatda bildirilir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) həmin şam ağaclarının kəsilməsi ilə bağlı qərar verib.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qəmbərov bildirib ki, şəhərdə, o cümlədən regionlarda şam ağaclarının kütləvi quruması faktları var:

“Şam ağaclarının quruması əvvəlki illərə nisbətən kütləvi xarakter alıb. Buna görə də ETSN, Kənd Təsərrüfatı Nazirliyi, AQTA, AMEA, Bakı şəhər İcra Hakimiyyəti və Yaşıllaşdırma İdarəsinin mütəxəssislərindən ibarət işçi qrupu yaradıldı. İlkin araşdırmalardan sonra ağaclarda yaranan xəstəlik və parazitlərin yaranması səbəbindən onların bioloji inkişafdan qaldığı aydın olub. Xəstəliyin digər ağaclara keçməsinin maksimum qarşısının alınması üçün quru ağacların çıxarılması və xüsusi yerlərdə yandırılması təmin edilməkdədir. Xəstəliyin torpağa və ətraf mühitə keçməməsi üçün müvafiq dərmanlama, sanitar işləri Yaşıllaşdırma İdarəsi tərəfindən tənzimlənir. Bu hal Gürcüstanda da baş verib”, - sədr bildirib.

Tarix
2021.08.03 / 14:30
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

İlham Əliyev Ağ Evdəki atışma ilə bağlı paylaşım etdi

Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi?

Bakı ilə Belqrad arasında Astanada mühüm müzakirə

XX əsrin ən böyük texnogen fəlakəti - Çernobılın 40 ili...

Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir

Speys TV fəaliyyətini dayandırır

Köçəryan yenə sayıqladı: Yeni müharibə...

Azərbaycanla Ukrayna yeni saziş imzaladı - Foto

Rusiya-Ukrayna danışıqları Bakıda keçirilə bilər - 3 səbəb

İlham Əliyevdən Zelenskinin səfəri ilə bağlı - Videoçarx

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla