Yuxarı

Kamran Əliyev Sədərəkdə hərbi hissəyə getdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kamran Əliyev Sədərəkdə hərbi hissəyə getdi

21:27

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında işgüzar səfərdədir.

Baş Prokurorluğun Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti sərhəd bölgəsində Sədərək rayonunda yerləşən hərbi hissədə olub.

Sonra müdafiənin ön xəttindəki mövcud vəziyyətlə tanışlıq olub, döyüş növbəsi çəkən əsgər və zabitlərlə görüş keçirilib.

Görüş zamanı əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, qazilərə şəfa dilənib.

Baş prokuror Kamran Əliyev Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilmiş hərbi-siyasi Zəfər münasibətilə şəxsi heyəti təbrik edib, Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun Qələbənin əldə olunmasındakı rolunu vurğulayıb.

Sonra bir qrup hərbçiyə xidmətdə fərqləndiklərinə görə qiymətli hədiyyələr təqdim olunub.

Baş prokuror Kamran Əliyevə sərhəd bölgəsindəki zirehli texnikaların döyüşə hazırlıq vəziyyəti, imkanları və effektiv istifadəsi, döyüş növbəsinin yüksək səviyyədə təşkili ilə bağlı ətraflı məlumat verilib.

***

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Naxçıvan Muxtar Respublikasına səfər edən Baş Prokuror Kamran Əliyevlə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov arasında görüş keçirilib.

Görüş zamanı Baş prokuror tərəfindən Naxçıvan Muxtar Respublikasının Prokurorluğu və Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğuna bundan sonra da diqqət və qayğının göstəriləcəyi vurğulanıb.

Bununla da Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına işgüzar səfəri başa çatıb.

Tarix
2021.08.05 / 21:43
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp Xameneinin öldüyünü elan etdi - Təcili

İran rəsmən Xameneinin öldüyünü təsdiqləyəcəkmi?

İrandan 12 Azərbaycan vətəndaşı, 1 italiyalı təxliyə edildi

Xamenei artıq yoxdur - Netanyahudan sensasiya

Tramp İrana zərbələri birbaşa izləyir - Foto

İrana inanılmaz zərbələr endirilir - Bu, “12 günlük” deyil!

Rəsmi Bakıdan çağırış: Danışıqlara qayıdın!

Sərhədimizdə dəhşətli müharibə: İranı nə gözləyir?

Rəsmi Bakının atdığı siyasi addımlar... - Deputat

İran vətəndaşları Türkiyəyə qanunsuz keçib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla