Yuxarı

Bakıda partlayışda yaralanan polis vəfat etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda partlayışda yaralanan polis vəfat etdi

İyunun 27-də Bakının "Maşın bazarı"nda axtarışda olan şəxsin özünü qumbara ilə partlatması nəticəsində xəsarət alan polis əməkdaşlarından biri vəfat edib.

Axar.az xəbər verir ki, partlayış zamanı 4 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri almışdı. Onlardan polis kapitanı Elçin Səfərov bu gün bütün tibbi müdaxilələrə baxmayaraq vəfat edib.

Xatırladaq ki, Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin birgə məlumatına əsasən, iyulun 27-də narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında 1982-ci il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin narkotiklərlə əlaqəli və qaçaqmalçılıq maddələri ilə məhkum olunmuş Müseyib Ələsgərovun paytaxtın Yasamal rayonu ərazisində idarə etdiyi avtomaşın saxlanılarkən polis əməkdaşlarına tabesizlik göstərərək qaçmağa cəhd göstərib. Bu zaman üzərində olan qumbara partlayıb. Nəticədə M.Ələsgərov ölüb.

Avtomaşında olan sərnişin, əvvəllər soyğunçuluq cinayətinə görə məhkum olunmuş 1993-cü il təvəllüdlü Elman Qurbanov isə qaçarkən saxlanılıb. Şəxsi axtarış zamanı ondan külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.

Partlayış zamanı 4 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomaşına baxış keçirilərkən əlavə silah-sursat aşkarlanıb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, hazırda iş üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Tarix
2021.08.06 / 01:45
Müəllif
Axar.az
Digər xəbərlər

“Nar” inklüziv cəmiyyətin qurulmasına dəstəyini davam etdirir

Kamran Əliyev ABŞ-da

Ohanyanın ölkədən çıxışına qoyulan qadağa ləğv edildi

Prezidentin geri çağırdığı səfirə yeni vəzifə verildi

Ağdərə sakini minaya düşdü, vəziyyəti ağırdır

İraqlı nazir Azərbaycana gəldi

Prezidentdən qərar: Yeni qanun layihəsi hazırlanır

Azərbaycan və Özbəkistan birgə fəaliyyət planı imzaladı - Video

ABB bu sahədə Mərkəzi Asiyanın ən yaxşı banklarındandır!

Baş nazirdən hərbi ekspertiza ilə bağlı mühüm qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla