Yuxarı

Badamdardakı yanğın söndürüldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Badamdardakı yanğın söndürüldü

13:44

Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində dağlıq ağaclıq ərazidə kol-kos və quru ot yanır.

Axar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində dağlıq ağaclıq ərazidə baş verən yanğın söndürülüb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətinin sədri Ramik Əşrəfov məlumat verib.

O bildirib ki, ilkin ehtimala görə, ərazidən keçən elektrik xətlərində baş verən qısaqapanma yanğına səbəb olub:

“Yanğın zamanı kol-kos və quru ot yanıb. Həmçinin ərazidə olan Eldar şamı ağaclarına ziyan dəyib. Yanğın 2 hektara yaxın ərazini əhatə edib. Hazırda yanğının başvermə səbəbləri araşdırılır və dəymiş ziyan hesablanır. Yanğın lokallaşdırılaraq qarşısı alınıb".

Tarix
2021.09.04 / 14:54
Müəllif
Axar.az
Digər xəbərlər

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla