Ana səhifə Toplum |
09:34
Hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası başlayıb.
Axar.az xəbər verir ki, onlayn qaydada keçirilən toplantının gündəliyinə 7 məsələ daxil edilib.
İclasda sosial şəbəkələrdə əxlaqsız videogörüntüləri yayılan YAP Binəqədi rayon təşkilatının keçmiş sədri Ramiz Göyüşovun partiyadan xaric edilməsi, Gənclər Birliyinin Əsasnaməsinin təsdiq olunması, partiyanın rayon təşkilatlarının yeni sədrlərinin təyin olunması və və s. məsələlərə baxılacaq.
Partiyanın İdarə Heyətinin tərkibinə aşağıdakı şəxslər daxildir:
1. Əliyev İlham Heydər oğlu
2. Əliyeva Mehriban Arif qızı
3. Talıbov Vasif Yusif oğlu
4. Rəhimzadə Arif Qafar oğlu
5. İbrahimov Eldar Rza oğlu
6. Zabelin Mixail Yuryeviç
7. İsmayılov Amin İsmayıl oğlu
8. Əhmədov Əli Cavad oğlu
9. Qurbanlı Mübariz Qəhrəman oğlu
10. İsgəndərov Anar Camal oğlu
11. Əliyev Rauf Asif oğlu
12. Əzizov Eldar Əziz oğlu
13. Quliyev Musa İsa oğlu
14. Muradova Bahar Əvəz qızı
15. Muradov Ədalət Cəlal oğlu
16. Sadıqov Elnur Məhəmməd oğlu
17. Cahangirov Tofiq Şahmur oğlu
18. Budaqov Tahir Yaqub oğlu
19. Məmmədov Hikmət Baba oğlu
20. Badamov Azər Camal oğlu
21. Sofiyeva Aynur Məmmədiyyə qızı
22. Hüseynov Ramiz Ağəli oğlu
23. İbrahimov Fuad Natiq oğlu
24. Qasımov Elmar Eldar oğlu
25. Mahmudov Rəşad Məhəmmədqulu oğlu
26. Osmanov Cavid Həmid oğlu
27. Kərimzadə Pərvin Orxan qızı
28. Cəfərov Samir Qadir oğlu
29. Əsgərli Asif Məmməd oğlu
30. Mirkişili Tahir Famil oğlu
31. Elşad Mirbəşir oğlu
32. Akimova Elnarə Seydulla qızı
33. Əsgərov Vazeh Eldəniz oğlu
34. Məmmədov Ramin Ələmşah oğlu
35. Sucayev Əfsun Rəzzaq oğlu
36. Həmzəyeva Ülviyyə Tapdıq qızı
37. İsmayılov Şahin Əmir oğlu
38. Bayramov Rövşən Cənnət oğlu
39. Aslanov Bayram Mirazim oğlu
40. Cəfərov Kamal Xaqani oğlu
***
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclasında partiyanın Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyuşovun geniş ictimai qınağa səbəb olmuş hərəkəti ilə bağlı məsələ müzakirə olunub.
Bu barədə YAP-dan məlumat verilib.
Qeyd olunub ki, məsələ ilə bağlı İdarə Heyətinin üzvlərindən Azər Badamov, Elmar Qasımov, Hikmət Məmmədov, Musa Quliyev, Bayram Aslanov, Bahar Muradova, Tafiq Cahangirov, Eldar İbrahimov, Anar İsgəndərov və Rəşad Mahmudov çıxış edərək qeyd ediblər ki, sosial şəbəkələrdə yayılmış videogörüntülərdə Ramiz Göyüşovun etikadan kənar, əxlaqa zidd hərəkəti YAP üzvləri tərəfindən dərin təəssüf hissi ilə qarşılanıb, eyni zamanda cəmiyyətimizdə hiddətlə qınanılıb. Bildirilib ki, onun Azərbaycan ziyalısı adına layiq olmayan, qeyri-etik, milli-mənəvi dəyərlərdən uzaq davranışı yolverilməzdir. Ramiz Göyüşov bu qeyri-etik davranışı ilə partiyanın nüfuzuna xələl gətirdiyinə görə partiya sıralarından xaric edilməlidir.
İdarə Heyəti edilən çıxışlarda səslənən fikirləri və irəli sürülən təklifləri nəzərə alaraq Ramiz Göyüşovun YAP sıralarından xaric olunması barədə yekdil qərar qəbul edib.
Tarix
2021.09.10 / 20:35
|
Müəllif
Axar.az
|