Yuxarı

Yazıçı millət vəkilini darmadağın etdi: Təkzib ver!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigar Arpadarai spekulyasiyalarla ictimai sağlamlığa təhlükə yaradır.

Axar.az xəbər verir ki, bunu yazıçı Tural Cəfərov (Qan Turalı) millət vəkili Nigar Arpadarainin COVİD-19 pasportu ilə bağlı sosial şəbəkə hesabında paylaşımına münasibət bildirrərkən deyib.

“COVİD-19 pasportunun tətbiqinə ehtiyac varmı?” “COVİD-19 virusunu öncə keçirmiş, anticisim olan insanlardan peyvəndi təsdiq edən sənəd (COVİD-19 pasportu) tələb edilməlidirmi” sualına yazıçı belə münasibət bildirib:

“Hörmətli deputatımızın nəzərinə çatdıraq ki, COVID-19 pasportunun iki növü var: “COVİD-19 vaksin sertifikatı” və “COVİD-19 immunitet sertifikatı”. Xəstəliyi keçirmiş şəxslərə verilən "İmmunitet sertifikatı" sağaldıqdan 6 ay müddət ərzində etibarlıdır. Bu müddətdə onların vaksin sertifikatı tələb olunmur”.

Deputanın, “Böyük Britaniya və Danimarka kimi ölkələr bu yolla gedərək, hazırda vətəndaşları əsassız məhdudiyyətlərə məruz qoymayaraq, COVID-19 virusuna yoluxmalar şəraitində yaşamaq üçün hazırdırlar” iddiasına isə Cəfərov belə cavab verib:

“Böyük Britaniya hər iki dozada vaksinasiyanı 65.9, Danimarka 73,9 faiz yerinə yetirdiyi halda ölkəmizdə bu göstəricinin 30.2 faiz olduğunu bilməyən deputatın manipulyativ mövqeyi heyrət doğurur”.

Nigar Arpadarai bildirib ki, “vaksin olunanlar xəstəliyi daha asan keçirir” arqumenti var, amma COVİD-19 pasportu olanlar belə digərlərini yoluxdura bilər, ona görə bu məhdudiyyətin “kollektiv fayda” məntiqi mövcud deyil, çünki peyvəndlənmiş insan özü xəstəliyi asan keçirsə belə, digərlərini yoluxdurur.

“Bəli, vaksin vurduranlar virus daşıyıcısı ola bilər. Ancaq Böyük Britaniyada aparılan araşdırma xəstəliyi keçirənlərin də yoluxdurucu olduğunu təsdiqləyir. “Xəstəliyi asan keçirir” sözündən sonra “amma” qoymaq da cümlənin ondan sonrakı hissəsini mənasızlaşdırır. Çünki insan sağlamlığı hər şeydən vacibdir”, - yazıçı cavab olaraq bildirib.

Millət vəkili sual ünvalanlayıb ki, COVİD-19 pasportunun yoxlanması ticarət mərkəzlərində və restoranlarda insanları infeksiyadan qorumağın yoludurmu?!

“Bəli, yoludur. Çünki vaksin sertifikatı olanlar daşıyıcı olsalar da, yoluxmaq ehtimalları vaksinsizlərdən dəfələrlə azdır. Və ümumiyyətlə, millət vəkili olan şəxsin COVİD-19-la bağlı nəinki araşdırmaları, hətta Səhiyyə Nazirliyinin açıqlamalarını oxumadan məsuliyyətsiz açıqlamalar verməsi təkcə Milli Məclisin nüfuzunu aşağı salmaqla qalmır, “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanunun tələblərini pozduğu kimi minlərlə insanın həyatını təhlükə altına salır.

Azərbaycan Prezidenti beynəlxalq tribunalarda vaksin millətçiliyindən danışır, peyvəndlərin zəngin və yoxsul ölkələr arasında ədalətsiz bölgüsündən danışır. Ancaq millət vəkili vaksinlərin qoruyuculuğuna şübhə edir. Təkzib istəyirik!” - Tural Cəfərov yazıb.

Tarix
2021.09.13 / 13:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla