Yuxarı

Qarayevin Abutalıbova məktubu: Nələr yazılmışdı? - Məhkəmə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarayevin Abutalıbova məktubu: Nələr yazılmışdı? - Məhkəmə

Bakı şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri, bir müddət icra başçısının müavini səlahiyyətlərini icra etmiş Rasim Quliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Şəhərsalma və Arxitektura Komitəsinin hüquqi nümayəndəsi Rüfət Muradov məhkəməyə bildirib ki, cinayət işi materiallarında təqsirləndirilən şəxsin imzaladığı sərəncam yer alır. (Bakının D.Əliyeva küçəsində arxitekturalı binanın sökülməsinə və yerində yeni çoxmərtəbəli binanın inşasına icazə verən sərəncam, - red.)

“Həmin bina 1893-ci ilə aiddir. Bu tarixi memarlıq abidəsi sökülərək yerində yeni bina inşa olunub. Tikinti zamanı ara məsafələr pozulub, tikinti normalarına riayət olunmayıb, hüquqi normalar pozulub", - zərərçəkmiş tərəfin nümayəndəsi deyib.

Daha sonra Rasim Quliyevə suallar veriblər. Keçmiş Aparat rəhbəri bir daha israr edib ki, bu binanın sökülməsində onun günahı yoxdur, çünki D.Əliyeva küçəsindəki həmin ünvanda 2015-ci ildən tikinti-söküntü işləri başlamışdı. Tikinti işlərinin aparılması üçün isə 2017-ci ildə onun şəhər başçısının müavininin səlahiyyətlərini icra edən şəxs qismində imzaladığı sərəncama ehtiyac olmayıb: " Həmin sərəncamı o vaxt Bakı Şəhər İcra Hakimiyyətinin tərkibində olan Memarlıq və Şəhərsalma Baş İdarəsi hazırlayırdı. Dilarə Əliyeva keçəsi, 141-də mənim sərəncamımdan əvvəl dörd mərtəbə inşa olunmuşdu. Mənim imzaladığım sərəncamımdan sonra isə beşinci mərtəbədə müəyyən işlər aparılıb."

R.Quliyev məhkəməyə o vaxt mədəniyyət naziri olan Əbülfəz Qarayev tərəfindən baş nazirin müavini vəzifəsini tutan Hacıbala Abutalıbova həmin tarixi əhəmiyyətli bina ilə bağlı məktub göndərdiyini də deyib. “Məktubda yazılıb ki, Dilarə Əliyeva küçəsi 141 və 145 saylı binalar tarixi əhəmiyyətinə görə dövlət nəzarətinə götürülüb. Amma "Qış parkı"nda aparılan tikinti zamanı deformasiyaya uğrayıb, çatlar əmələ gəlib, yararsız vəziyyətə düşüb. Mənə həm də 308.2-ci maddə ittiham verilib. Bu ittiham yalnız vəzifə səlahiyyəti olan şəxslər tərəfindən törədilə bilər. Rəsmi məktublardan da görünür ki, mən səlahiyyətli şəxs olmamışam"- R.Quliyev əlavə edib.

Prokuror Eldar Həmzəyev isə Rasim Quliyevi ona qarşı irəli sürülən ittiham üzrə danışmağa çağırıb. Dövlət ittihamçısı deyib: “Bakı şəhər İcra Hakimiyyəti başçısının vəzifələrini mənimsəyib sərəncam imzalamısız. Siz bütün sərhədləri aşaraq özünüzü icra başçısının səlahiyyətlərini icra edən şəxs kimi aparmısınız. Gah Aparat rəhbəri, gah müavin, gah da icra başçısının sələhiyyətlərini icra etmisiz. İttiham budur".

Hakim isə Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsindən bu məsələ ilə bağlı bütün rəsmi sənədlərin növbəti günlərdə məhkəməyə təqdim etməsini istəyib.

Məhkəmə prosesi sentyabrın 20 -də davam edəcək.

Xatırladaq ki, R.Quliyev Bakının D.Əliyeva küçəsində tarixi binanın sökülməsinə, yerində “FF-2011” şirkəti tərəfindən çoxmərtəbəli binaların tikintisinə icazə verilməsinə dair qanunsuz sərəncam verməkdə günahlandırılır. O, uzun müddət Hacıbala Abutalıbovla işləyib və “sağ əli” hesab olunub...

Tarix
2021.09.13 / 17:54
Müəllif
Axar.az
Digər xəbərlər

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla