Yuxarı

Bu məktəbdən heç kimin xəbəri yoxdur – Şikayət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu məktəbdən heç kimin xəbəri yoxdur – Şikayət

Mənzil İnşaat Dövlət Agentliyinə (MİDA) məxsus Hövsan yaşayış kompleksində 2 uşaq bağçası və 172 nömrəli orta ümumtəhsil məktəbi var.

Bu barədə Axar.az-a daxil olan şikayətdə bildirilib ki, valideynlər başqa məktəblərdə oxuyan uşaqlarını çıxarıb, 172 nömrəli məktəbə gətiriblər, lakin əvəzində problemlə üzləşiblər:

“Yaşayış kompleksindəki üçmərtəbəli 172 nömrəli məktəbdə şagirdlərin yeni dərs ili üçün qeydiyyatı aparılır. Yaşayış kompleksində yaşayan ixtisasca müəllim olanlar da 172 nömrəli məktəbdə müəllim kimi fəaliyyət göstərmək üçün Təhsil Nazirliyinin 146 qaynar xəttinə müraciət ediblər. Lakin operator tərəfindən bildirilib ki, nazirliyin 172 nömrəli məktəb barədə heç bir məlumatı yoxdur. Dəfələrlə qaynar xəttə müraciət etsək də, eyni cavabı aldıq. Məktəblərin açılmasına sayılı günlər qalıb. İndi biz nə etməliyik?”.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Bakı şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov isə bildirib ki, 172 nömrəli təhsil müəssisəsi yeni tədris ilində fəaliyyətə başlayacaq:

“Təhsil nazirinin “Süleyman Sani Axundov adına 172 nömrəli tam orta ümumtəhsil məktəbinin fəaliyyətinin bərpa olunması barədə” 20 avqust 2021-ci il tarixində imzaladığı F-417 nömrəli əmrinə müvafiq olaraq təhsil müəssisəsi 2021-2022-ci tədris ilində fəaliyyətə başlayacaq. Qeyd edək ki, təhsil müəssisəsi Bakı şəhəri Suraxanı rayonu, Zığ şossesi-Hava limanı 12-ci kilometr ünvanındakı MİDA-Hövsan Yaşayış Kompleksində yerləşir. 2021-2022-ci tədris ili üçün həmin məktəbdə Azərbaycan bölməsi üzrə məktəbəhazırlıq, I-VIII siniflərin fəaliyyəti nəzərdə tutulur. Təhsil müəssisəsinə qeyd olunan siniflər üzrə şagird qəbulu da aparılıb. Belə ki, qəbul məktəbəhazırlıq qrupları və I sinif üzrə https://mektebeqebul.edu.az/az/ elektron portalı, II-VIII siniflər üzrə isə https://sy.edu.az/login elektron portalı vasitəsilə həyata keçirilib”.

Təhsil Nazirliyindən isə saytımıza bildirilib ki, sözügedən məktəblə bağlı qaynar xəttdən operatorun vətəndaşa verdiyi cavab araşdırılacaq.

Tarix
2021.09.20 / 14:16
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Kreml AZAL-a görə addım atmadı: Əgər sübutumuz varsa...

1891, ermənilərin milli geyimi bu cür olub - Foto

Ruslar Bakı ilə münasibətlərin gərginləşməsindən narahatdır

Gələn aydan gəlir vergisində kimlərə güzəştlər ediləcək?

Səməd Seyidovun adından saxta açıqlama yayıldı

Konqres Azərbaycanla bağlı qanunun mətnini açıqladı

Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı

Türkiyə Ermənistanla sərhədi qismən açır

Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi

Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla