Yuxarı

Üç ölkənin hərbçiləri taktiki fəaliyyətləri yerinə yetirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Üç ölkənin hərbçiləri taktiki fəaliyyətləri yerinə yetirdi

Azərbaycan Respublikasında keçirilən “Birliyin Gücü – 2026” birgə hərbi təlimində məşqlər uğurla davam edir.

Axar.az xəbər verir ki, təlimin planına uyğun olaraq, şəxsi heyətin müxtəlif şəraitlərdə fəaliyyət imkanlarının təkmilləşdirilməsi, bölmələr arasında qarşılıqlı fəaliyyətin və idarəetmənin əlaqələndirilməsi məqsədilə bir sıra praktiki məşqlər icra edilib.

Məşqlər zamanı atəş dəstəyi altında himayəli irəliləmə, zirehli texnikadan istifadə etməklə müxtəlif ərazilərdə əməliyyatların keçirilməsi üzrə tapşırıqlar yerinə yetirilib.

Şəxsi heyət təlim tapşırıqlarını təhlükəsizlik qaydalarına riayət edərək uğurla icra edib, bölmələrin koordinasiyası və fəaliyyətlərinin uzlaşdırılması üzrə praktiki vərdişlər təkmilləşdirilib.

Məşqlərin keçirilməsində əsas məqsəd şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, iştirakçı ölkələrin hərbi qulluqçularının müxtəlif şəraitlərdə koordinasiyalı fəaliyyətlərə hazırlığının artırılması və qarşılıqlı fəaliyyət imkanlarının təkmilləşdirilməsidir.

Tarix
2026.09.25 / 20:43
Müəllif
Axar.az
Digər xəbərlər

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla