Yuxarı

Ermənistan bu çayları qəsdən çirkləndirir – Ekoloq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan bu çayları qəsdən çirkləndirir – Ekoloq

Ağır metallardan arsen, kadmium, civə və qurğuşun kimi təhlükəli metallar ölkəmizə Ermənistandan gəlir. Bu, çox təhlükəli haldır. Bunun qarşısını almaq çox çətindir. Çünki qızıl istehsalı zamanı yaranan çirklənmə mənbəyi yüzillər boyu qalır.

Bu sözləri Axar.az-a ekoloq Rövşən Abbasov Ermənistan tərəfindən qəsdən çirkləndirilən transsərhəd çayları barədə danışarkən deyib.

“Bazarçay hövzəsindəki Dastakert ərazisində yerləşən qızıl mədənində və kombinatda olan çirkləndiricilər hələ də Bazarçayı çirkləndirir. Lakin qızıl yoxdur, çoxdan tükənib. Mədən işini dayandırıb, kombinat bağlanıb. Azərbaycan ərazisindən axan transsərhəd çaylar Ermənistan tərəfindən qəsdən zəhərli maddələrlə çirkləndirilir. Bu çirklənmələrə istehsalat tullantıları və kanalizasiya axarları da daxildir. Araz çayı Kür çayının ən böyük sağ qolu olmaqla yanaşı, Ermənistanla transsərhəd çaydır və Azərbaycanın əkin sahələrinin suvarılmasında həlledici rol oynayır. Lakin çaydakı suyun keyfiyyətinin ciddi dəyişikliyi səbəbindən onun məişət və kənd təsərrüfatı ehtiyacları üçün istifadəsi son dərəcə mənfi təsirlərə yol aça bilər. Araz çayı hövzəsinə aid olan Oxçuçay, Qazançay və Mehriçay da çox çirklənmiş çaylardır. Bu çaylar əsasən Qafan, Qacaran, Mehri və ətraf əraziləridə olan mis, molibden kombinatları, qızıl mədənləri və bu mədənlərdəki buxarlanma hovuzlarının tullantıları ilə çirkləndirilir”, - ekoloq bildirib.

Tarix
2021.09.24 / 16:28
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla