Yuxarı

"Memorial.az saytı - Yaddaş kitabı”nın təqdimatı keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda Vətən müharibəsinin ildönümünə həsr edilən "Memorial.az saytı - Yaddaş kitabı”nın təqdimat mərasimi keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc, "Memorial.az" saytının baş redaktoru Vüsal Məmmədov, Müdafiə Nazirliyinin nümayəndələri, tanınmış media nümayənləri, şəhid ailələrinin üzvləri və s rəsmi şəxslər iştirak ediblər.

S.Yusifova qeyd edib ki, şəhidlər mövzusu Azərbaycan xalqı üçün həmişə həssas və müqəddəsdir. O deyib ki, Vətən müharibəsi gedişində və müharibədən sonra müxtəlif informasiya resurslarında, media orqanlarında şəhidlər haqqında müxtəlif məlumatlar paylaşılır: “Bu məlumatlar cəmiyyətdə böyük maraqla qarşılansa da, informasiyanın yayılması pərakəndə və sistemsiz xarakter daşıyır. "Memorial.az" saytının yaradılmasında da əsas məqsədlərdən biri bu pərakəndəliyi aradan qaldıraraq, tarixi yaddaşın formalaşdırılmasına sistemli yanaşmanı tətbiq etmək, hər bir qəhrəmanımız haqqında müfəssəl məlumatları vahid elektron resursda cəmləşdirmək, onları Azərbaycan xalqına daha yaxşı tanıtmaqdır”.

Saytın baş redaktoru Vüsal Məmmədov saytla bağlı tədbir iştirakçılarına geniş məlumat verib. O bildirib ki, şəhidlərlə bağlı məlumatlarda pərakəndəlik var idi: “Onlarla bağlı məlumatlar daha da dəqiqləşdiriləcək və sistemləşdiriləcək”.

Tədbirdə çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc isə vurğulayıb ki, Vətən müharibəsinin bir ili qarşısında "Memorial.az" - yaddaş kitabının yaradılması şəhidlərimizin müqəddəs əməllərini tarixiləşdirmək və gələcək nəsillərə ötürmək baxımından mühüm hadisədir: “2907 şəhidin və itkin düşən 7 nəfərin sırasında polkovnikdən mükəlləfiyyətli əsgərə qədər xalqımızın seçilmiş övladlarıdır. Adları, təvəllüdləri, ulduzları fərqlidir, lakin hamısı bir bayrağın ulduzuna çevrilib. Vətən üçün eyni mərtəbəyə yüksəliblər. Dünən Bakının baş meydanında Prezident İlham Əliyev və hörmətli Mehriban xanımın başı üzərində qaldırdığı şəhidlər göyün üstündə olduqlarını sübut etdilər”.

Tədbir daha sonra çıxışlarla davam edib.

Tarix
2021.09.28 / 14:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla