Yuxarı

"Vətən var olsun!" adlı fləşmob keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə II Qarabağ müharibəsinin başlamasının birinci ildönümünə həsr olunan "Vətən var olsun!" şüarı altında fləşmob keçirilib.

Axar.az xəbər verir ki, fləşmobda iştirak edən ölkənin aparıcı könüllü təşkilatlarını təmsil edən 1300-dən çox gənc könüllü öncə 27 Sentyabr - Anım Günü ilə əlaqədar torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Fləşmob zamanı Azərbaycan Respublikasının Dövlət Bayrağının rənglərini əks etdirən xüsusi geyimlərdə olan könüllülər Dövlət Bayraq Meydanı ərazisində Azərbaycan Respublikasının xəritəsini və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarixi zəfərimizin əsas rəmzlərindən hesab olunan “Dəmir Yumruq” simvolunu canlandırıblar.

Fləşmoba qatılan könüllülər qalib ölkənin gəncləri olmaqdan qürur hissi keçirdiklərini və bundan sonrakı fəaliyyətlərində də Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərimizin dirçəlməsi üçün yorulmadan çalışacaqlarını qeyd ediblər.

Tarix
2021.09.28 / 14:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla