Yuxarı

Klub prezidenti ev dustaqlığına buraxılmadı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Klub prezidenti ev dustaqlığına buraxılmadı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 4 nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Elşad Kəlbəliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası baş tutub.

Axar.az-ın Trend-ə istinadən məlumatına görə, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxsin vəkili müdafiə etdiyi şəxs barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi barədə vəsatət qaldırsa da, məhkəmə vəsatəti təmin etməyib.

Məhkəməyə baxış iclası oktyabrın 20-nə təyin edilib.

Qeyd edək ki, bu il iyunun 14-də gecə saat 1 radələrində Binəqədi rayonunun Novxanı bağlar sahəsində Abşeron rayon sakini E.Kəlbəliyevin idarə etdiyi “Range Rover” və Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobillər toqquşub. Nəticədə M.Ziyadov və sərnişinləri - paytaxt sakinləri Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb, E.Kəlbəliyevə və sərnişini Ə.Əliyevə xəstəxanada tibbi yardım göstərilib.

Daha sonra E.Kəlbəliyev hadisə ilə bağlı istintaqa cəlb edilərək həbs olunub.

Xatırladaq ki, E.Kəlbəliyev “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkənidir. O, “Qurtuluş 93”də satış müdiri vəzifəsində çalışıb və “Əlincə” futbol klubunun prezidenti olub.

Tarix
2021.10.12 / 18:40
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı

Bakıda mühüm toplantı: Prezidentin müraciəti oxundu

BMT də xəbərdarlıq etdi: Sİ real təhlükədir?

Azərbaycan “həqiqi hərbi xidmət”dən niyə imtina etmir?

Azərbaycan müdafiə xərclərini nə qədər artıracaq?

Ermənilər narahat olmalı deyil, xəcalət çəkməlidir!

Bu, Qarabağda öz izlərini qoruyub saxlayır - Hacıyev

Bu, Azərbaycandan başlayıb Azərbaycanda bitəcək

179 nəfər Avropadan Azərbaycana gətirildi

Ceyhun Bayramov Butbiqinlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla