Yuxarı

Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş – Detallar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş – Detallar

Ötən gün Xırdalanda baş vermiş partlayışın təfərrüatı məlum olub.

Axar.az Baku TV-yə istinadla xəbər verir ki, qumbarası ilə ehtiyatsız davranması nəticəsində meydana gəlib.

Hadisə şahidi baş verənlərlə bağlı açıqlama verib:

“Qızın həyətdə qanlar içində olduğunu gördüm. Əl nahiyəsi ağır zədələnmişdi, qarın və baş nahiyəsindən ciddi xəsarətlər almışdı. Qardaşı onu avtomobilə qoyub xəstəxanaya aparmaq istədi. Xəstəxanaya aparsalar da, artıq yolda dünyasını dəyişmişdi”.

Qonşuların sözlərinə görə, ailənin dörd övladı olub. Xədicə Mustafayeva üç qardaşın bir bacısı idi. Elə həmin əl qumbarasını da qardaşlardan biri müxtəlif yolla əldə edərək evdə gizlədib.

Hadisə baş verən gün Xədicə onu evdə tapıb və ehtiyatsız davranış zamanı da məlum partlayış baş verib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.

Qeyd edilib ki, 19 yaşlı Xədicə idmanla məşğul olub. O, kikboksinq idman növü üzrə dəfələrlə müxtəlif turnirlərin qalibi olub.

Tarix
2026.09.17 / 09:58
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda mühüm toplantı: Usubov Prezidentin müraciətini oxudu

BMT də xəbərdarlıq etdi: Sİ real təhlükədir?

Azərbaycan “həqiqi hərbi xidmət”dən niyə imtina etmir?

Azərbaycan müdafiə xərclərini nə qədər artıracaq?

Ermənilər narahat olmalı deyil, xəcalət çəkməlidir!

Bu, Qarabağda öz izlərini qoruyub saxlayır - Hacıyev

Bu, Azərbaycandan başlayıb Azərbaycanda bitəcək

179 nəfər Avropadan Azərbaycana gətirildi

Ceyhun Bayramov Butbiqinlə görüşdü

Hikmət Hacıyevin nömrəsi məndə var - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla