Yuxarı

İşğaldakı şəhərdə faciəvi vəziyyət: İnsanlara icazə verilmir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İşğaldakı şəhərdə faciəvi vəziyyət: İnsanlara icazə verilmir

İşğal altında olan və rusların nəzarətindəki Oleşki şəhərində hələ də 2 000–4 000 nəfər yaşayır. Soyuq mövsümün başlaması ilə şəhərdə humanitar vəziyyət getdikcə pisləşir. Çünki bu insanlar yalnız özlərinin yetişdirə bildikləri ərzaq hesabına dolanırlar. Şəhərə ərzaq gətirilmir və sakinlər oradan gedə bilmirlər.

Axar.az xəbər verir ki, bu barədə “Bild nəşri yazıb.

Nəşrin yazdığına görə, ruslar artıq bir neçə aydır ki, heç kimin şəhərə daxil olmasına və ya şəhərdən çıxmasına icazə vermirlər. Mayın 26-da şəhərə sonuncu dəfə ərzaq gətirildikdən sonra vəziyyət xeyli pisləşib. Mağazalar çoxdan fəaliyyət göstərmir, pul dövriyyəsi isə demək olar ki, dayanıb. Pulu barter, yəni malı malla dəyişmə sistemi əvəz edib.

Jurnalistlərin məlumatına görə, sakinlərin bir-birindən ərzaq oğurladığı talançılıq halları da qeydə alınır.

Nəşr şəhərdəki vəziyyəti belə təsvir edir:

“İnsanlar öldükdə, adətən, meyitləri elə hadisə yerindəcə qoyub gedirlər. Uşaqlar yemək istəyirlər. Şəhəri tərk etmək cəhdləri faciə ilə nəticələnir və ya ruslar onları geri göndərirlər. Onlar gülərək deyirlər: “Geri qayıdın və orada ölün”.

Tarix
2026.09.17 / 08:30
Müəllif
Axar.az
Digər xəbərlər

BMT də xəbərdarlıq etdi: Sİ real təhlükədir?

Azərbaycan “həqiqi hərbi xidmət”dən niyə imtina etmir?

Azərbaycan müdafiə xərclərini nə qədər artıracaq?

Ermənilər narahat olmalı deyil, xəcalət çəkməlidir!

Bu, Qarabağda öz izlərini qoruyub saxlayır - Hacıyev

Bu, Azərbaycandan başlayıb Azərbaycanda bitəcək

179 nəfər Avropadan Azərbaycana gətirildi

Ceyhun Bayramov Butbiqinlə görüşdü

Hikmət Hacıyevin nömrəsi məndə var - Simonyan

Putin indi dayansa, bu, qələbə olmayacaq - Zelenski

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla