Yuxarı

Qəzada yaralananların vəziyyəti ağırdır – Son vəziyyət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəzada yaralananların vəziyyəti ağırdır – Son vəziyyət

Hadisə ilə əlaqədar reanimasiyaya daxil olan 6 xəstədən 1-i hazırda əməliyyatdadır. Vəziyyəti çox ağırdır. Reanimasiyada yatan 5 xəstənin 4-ü qadın, 1-i kişidir.

Bu sözləri Axar.az-a Sabunçu Tibb Mərkəzinin Reanimasiya şöbəsinin müdiri Namiq Dəmirçiyev deyib.

“Yarlılarda müxtəlif zədələr var. Ən çox kəllə-beyin, döş qəfəsinin zədələnməsi, sağ ətrafın baldırının amputasiyası müşahidə olunur. Bir qızda isə sol biləyin yaralanması halı var. Hazırda yaralılara həkimlər nəzarət edir. Xəstələrə müvafiq yardımlar göstərilib. Müalicələri davam etdirilir. 2 nəfərin həyatı risk altındadır. Xəstəxanaya gətirilənlər arasında uşaq yoxdur. Əməliyyatda olan xəstənin döş qəfəsi əzilib, qarın boşluğu orqanları partlayıb, çoxlu qan itirib. Travmatik-hemorragik şoka girib. Hazırda ona bütün yardımlar göstərilir”.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakıda Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Mərdəkan istiqamətində hərəkətdə olan 99 DH 343 nömrə nişanlı “Mercedes” markalı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 116 DQN-lı sərnişin avtobusuna çırpılıb. Nəticədə avtobus aşıb. Hadisə zamanı hazırki məlumata görə, 5 nəfər ölüb, 20-dən çox şəxs yaralanıb.

Tarix
2021.10.13 / 12:39
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokolu bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla