Yuxarı

Bakıda şortik festivalı: Məşhurlar da qoşuldu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ilk dəfə şortikə həsr olunmuş festival baş tutacaq.

Axar.az xəbər verir ki, "Fleşmob Azərbaycan" qurumu gəncləri bir araya toplayaraq şortik festivalı keçirəcək. Feysbuk sosial şəbəkəsində yaradılan eventə yüzlərlə gənc qatılıb. Sözügedən tədbirin səhifəsində gənclər şortikdə öz fotolarını "kislota parti" haştaqı ilə paylaşaraq Hafiz Hacıyevin ünvanına müxtəlif sözlər yazırlar.

Aksiyaya məşhurlardan Faiq Ağayev, aparıcı Ülvira, Qərib Azər və digərləri də qoşulub.

Xalq artisti Faiq Ağayev şortikdə foto paylaşaraq bu sözləri yazıb: "Yetər ki, dürüst adam olasan! MüHAFİZəkar olma!"

Qərib Azər küçədə dayanan bir neçə gəncin şəklini paylaşaraq belə yazıb: "İndi mən bu qədər kislota hardan tapım gecənin bu vaxtı?"

Aparıcı Ülvira isə tədbirin səhifəsinə bu sözləri qeyd edib: "O Hafiz Hacıyevdir, kimdir, dəqiq bilmirəm, amma o, bu partiyə təkan verdi. Bakı gəncləri əjdahadır".

Xatırladaq ki, Bakıda, Novxanı çimərliyindəki məşhur restoranlara şortiklə giriş qadağasına reaksiya verən Hafiz Hacıyev şortik geyən kişiləri tənqid etmiş, belələrinin fitə basılmalı olduğunu bildirmişdi: "Ay əxlaqsız, ay şərəfsiz sən bədənini kimə göstərirsən? Abır-həyası, əxlaqı olan adam şortik geyinməz. Şortik geyinən kişilər fitə basılmalı, lağa qoyulmalı, qıçasına "kislota" tökülməlidir ki, o, tövbə edib bir daha şortik geyinməsin".

Tarix
2015.07.27 / 14:48
Müəllif
Əli Taleh
Şərhlər
Digər xəbərlər

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla