Yuxarı

Cəbrayılda dostluq meşəsi salınır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cəbrayılda dostluq meşəsi salınır

İşğal dövründə 100 min ha ərazi yanğına məruz qalıb. Təbiətin yenidən bərpa olunması üçün uzun illər lazım olacaq. Torpaqlarımız işğaldan azad olunduğu üçün oradakı ekosidin nəticələrini görə bilirik.

Axar.az xəbər verir ki, bu fikirləri Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyev Qarabağda aparılan monitorinqin ilkin nəticələri barədə danışarkən deyib.

O bildirib ki, nəticələr Baş prokurorluğa təqdim olunub:

“Bununla bağlı cinayət işi açılacaq və beynəlxalq hüquqi müstəvidə onlar törətdikləri vəhşiliklər görə cavab verməli olacaqlar. Biz orada bir çox işlər görmək istəsək də, bu, bizdən asılı olan məsələ deyil. Orada minalanmış ərazilər olduğu üçün çox təhlükəlidir. Böyük qayıdışın tərkib hissələrindən biri kimi oradakı ekoloji mühitin bərpa edilməsi, ekologiyanın sağlamlaşdırılması istiqamətində işlərin görülməsi hədəflənib. Nazirlik olaraq səlahiyyətlərimiz daxilində bu işlər görülür. Görəcəyimiz işlər mərhələlərə bölünüb”.

Nazir müavini həmçinin, Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin böyük dəstəyi ilə Cəbrayılda dostluq meşəsinin və tinglik təsərrüfatının salınmasının nəzərdə tutulduğunu bildirib:

" Eyni zamanda regionda analoqu olmayan böyük təlim-tərbiyə müəssisəsinin yaradılması nəzərdə tutulub. Burada meşə mütəxəssisləri hazırlanacaq, eyni zamanda ixtisas artımı və digər kompleks tədbirlər həyata keçiriləcək. Ümumilikdə Cəbrayılda və digər yerlərdə işlərə başlamışıq.

Yaz-əkin mövsümünə Zəngilandan başlamışıq. Payız əkin mövsümündə də ağacların əkilməsi nəzərdə tutulub".

Tarix
2021.10.16 / 17:45
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident elan etdi: Yeni dövr başladı, əsas prinsip budur

Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto

Həsən Mansurov BMT Konqresində çıxış etdi

Türk tiktoker: Azərbaycanı təhqir etdiniz, Əliyev də... - Video

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Ərdoğan türk dövlətlərini təbrik etdi

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla