Yuxarı

Əhali pullarını daha çox hansı məhsullara xərcləyib?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əhali pullarını daha çox hansı məhsullara xərcləyib?

2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin vəsaitlərini hansı məhsullara xərclədiyi məlum olub.

Axar.az xəbər verir ki, qeyd olunan müddət ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49,0 faizi ərzaq məhsullarının, 5,1 faizi içkilər və tütün məmulatlarının, 15,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,0 faizi avtomobil benzini və dizel yanacağının, 5,5 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,9 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,3 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Ümumilikdə, 2021-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 30 milyard 350,1 milyon manatlıq, o cümlədən 16 milyard 406,3 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13 milyard 943,8 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,4 faiz, qeyri-ərzaq malları üzrə 3,3 faiz artıb.

Tarix
2021.10.20 / 21:16
Müəllif
Axar.az
Digər xəbərlər

Transsərhəd çaylarla bağlı işçi qrupu yaradıldı

Bayramov Mirzoyanla söhbətləşdi - Video

Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video

Hikmət Hacıyev Alen Simonyanla müzakirə apardı - Video

İlham Əliyevin Britaniya baş naziri ilə görüşü gözlənilir

Ömüraliyev TİF-in Prezidenti təyin olundu

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Rumen Radevlə görüşdü

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak etdi

Zelenski Əliyevlə nələri müzakirə etdiyini açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla