Yuxarı

“Gənc prodüserlər üçün laboratoriya” fəaliyyətə başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Rusiya Dövlət Teatr Sənəti İnstitutu (QİTİS) ilə birgə “Gənc teatr prodüserləri üçün laboratoriya”sını həyata keçirir.

Axar.az xəbər verir ki, oktyabrın 25-də YARAT Müasir İncəsənət Məkanında layihənin açılış mərasimi olub. YARAT Müasir İncəsənət Məkanının koordinatoru Ülviyyə Axundova qonaqları salamlayaraq pandemiya səbəbindən uzun fasilədən sonra məkanlarında teatra həsr olunan belə bir layihənin keçirilməsindən məmnunluğunu ifadə edib.

Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova çıxış edərək layihənin məqsədindən söz açıb. Diqqətə çatdırıb ki, Mədəniyyət Nazirliyindəki islahatlar teatr sahəsini də əhatə edir:

“Ölkəmizdə teatr menecmentinin və prodüserlik strukturunun inkişafı, teatr idarəetməsi sahəsində gənc nəslin bilik və bacarıqlarının artırılması yeni layihənin əsas məqsədini təşkil edir. Teatr idarəçiliyi, menecment bu gün prioritet məsələlərdəndir. Buna görə də həmyerlimiz, QİTİS-in İfaçılıq sənətləri üzrə prodüserlik və menecment kafedrasının müdiri Elşən Məmmədovla bu layihəyə başlamaq qərarına gəldik”.

Şöbə müdiri qeyd edib ki, məşhur təhsil ocağının peşəkar pedaqoqları layihəyə cəlb olunub:

“Bu laboratoriya nazirliyin strateji hədəflərə istiqamətlənmiş silsilə layihələrinin tərkib hissəsidir. Bu layihə QİTİS-lə əlaqələrdə yolun başlanğıcıdır. Müasir teatrın inkişafını prodüsersiz təsəvvür etmək mümkün deyil. Düşünürük ki, layihə uğurlu olacaq.

Təşkilatçılara minnətdarlığını bildirən QİTİS-in kafedra müdiri Elşən Məmmədov Bakıda teatr təcrübələrini bölüşməkdən məmnunluğunu ifadə etdi. Laboratoriyada çalışacaq pedaqoqlar haqqında məlumat verən mütəxəssis dedi ki, teatr sahəsində prodüserlik bu gün ən aktual məsələlərdən biridir. Postsovet məkanı ölkələrdə teatr sahəsində inkişaf və yenilikləri həyata keçirmək, teatr prodüserliyi sahəsində proqrama yiyələnmək bu sahənin inkişafı üçün ən vacib sahələrdən biridir. Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin rəhbəri İrek Zinnurov mərkəzin layihədə iştirakından məmnunluğunu bildirdi. Diqqətə çatdırdı ki, QİTİS-də ödənişsiz olaraq təhsil almaq istəyən tələbələr 1 noyabr tarixinədək Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinə müraciət edə bilərlər.

YARAT Müasir İncəsənət Məkanının İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Hökümə Kərimova təşkilatın fəaliyyət istiqamətləri, xüsusilə də reallaşdırılan mədəniyyət layihələri haqqında məlumat verib. O, diqqəti ənənəvi olaraq keçirilən “Musiqi. İncəsənət. Performans” incəsənət festivalı çərçivəsində teatr layihələrinə yönəldib.

Daha sonra laboratoriya çərçivəsində ilk iş günü başlanıb.

Qeyd edək ki, oktyabrın 29-dək davam edəcək laboratoriyada teatr təhsili sahəsində dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan QİTİS-in müasir teatr menecmenti və prodüserlik üzrə zəngin təcrübəyə malik pedaqoqları Elşən Məmmədov, Aleksandra Knyazeva və Yelena Simurzina ustad dərsi keçəcəklər.

Ustad dərsləri hərəsində 10 nəfər iştirakçı olmaqla üç qrupda gerçəkləşəcək. Hər qrup teatr üzrə layihə üzərində işləyəcək. Ustad dərslərinin sonunda hazırlanan layihələr iştirakçılar tərəfindən müdafiəyə təqdim ediləcək.

Tarix
2021.10.25 / 17:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla