Yuxarı

Bakıda itən yaxtanın əsas sahibi tapıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində olan Yaxt Klub rəhbərliyi ərazisindən katerin oğurlanması ilə bağlı xəbərə münasibət bildirib.

Yaxt Klubun mətbuat xidmətinin rəhbəri Əhməd Əsgərov Lent.az-a bildirib ki, oğurlandığı iddia edilən 65 metrlik gəminin sahibi əslində QSC-nin keçmiş rəisi Aydın Bəşirovun oğludur: "Gəminin sahibi QSC-nin keçmiş rəisi Aydın Bəşirovun oğludur. Həmçinin qeyd etmək istəyirik ki, həmin gəmi itməyib və gəminin fotolarını sizə təqdim edəcəyik. Yaxt Klubdakı dayanacağa gəlincə, ora pullu və müqavilə əsasında fəaliyyət göstərir. Həmin ərazidə pulsuz və müqaviləsiz heç bir gəmi saxlana bilməz. Onu da qeyd edim ki, bu gəminin mülkiyyətçiliyi ilə bağlı bir sıra qaranlıq məqamlar və suallar mövcuddur".

Ə.Əsgərov oğurlandığı bildirilən gəminin hazırda harada saxlanması ilə bağlı məlumat verə bilməyəcəyini də deyib. Xatırladaq ki, dünən Bakı bulvarından yaxta oğurlanması barədə xəbər yayılmışdı.

Xəbərdə bildirilirdi ki, polisə müraciət edən 1967-ci il təvəllüdlü Abdullayev Füzuli Daşdəmir oğlu Yaxt Klubda saxladığı katerinin naməlum şəraitdə yoxa çıxdığını deyib. Şikayətçi qeyd edib ki, katerinin uzunluğu 65 metrə yaxındır və bu gəmi onun şəxsi mülkiyyətində olub. Həmçinin o da qeyd edilib ki, yaxta 2006-cı ilin iyun ayından Yaxt klubun ərazisində müqaviləsiz əsaslarla saxlanırmış. F.Abdullayev şəxsi gəzinti gəmisinin tapılmasını xahiş edib.

Qeyd edək ki, xəbərdə həmçinin F.Abdullayevin biznesmen olduğu vurğulanırdı.

Tarix
2015.07.30 / 11:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla