Yuxarı

İnsanlar rüşvət verməyə məcbur edilir - Deputat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İnsanlar rüşvət verməyə məcbur edilir - Deputat

Rayonlarda kəndlərin çoxunda xarici dil müəllimi yoxdur.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat, VHP sədri Sabir Rüstəmxanlı deyib.

Onun sözlərinə görə, bütün idarə və qurumlarda tələb edirlər ki, ingilis və rus dilini bilməyən işçi işə götürülməsin: “O kənddə, rayonda yaşayan bu dili necə öyrənsin?”

S.Rüstəmxanlı qeyd edib ki, işsizliyin aradan qaldırılmasının da yolları tapılmalıdır:

“Yeni müəssisələr yaradılmalıdır. Bakıda neçə zavod bağlandı, onların metallarını belə satıblar. İşsizliyim ləğvi üçün yeni müəssisələrin qurulması vacibdir”.

VHP sədri Bakıda uşaq bağçalarının çatışmamasına da toxunub: “İnsanlar uşağını bağçaya qoymaq üçün rüşvət verməyə məcbur edilir”.

O, dövlət qurumlarında əhaliyə və millət vəkillərinə diqqətin artırılmasının vacibliyini vurğulayıb: “Mən nazirliyə məktub göndərirəm, cavab gəlmir, Səfa müəllim (Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev – red.) göndərir, ona cavab gəlir. 125 deputatın yerinə Səfa müəllim məktub göndərə bilməz axı...”

Tarix
2021.11.10 / 15:13
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağı Azərbaycan adlandıran nazirə hücum

Bu iclasda iştirak etmək böyük şərəfdir - Səfir

Bakının təhvil verdiyi 10 erməni və 1 rusla bağlı son xəbər

Tramp bunu iki lider üçün etdi: İlham Əliyev və Zelenski...

REZA-nın fotosərgisi: Aeroportda təqdim olunur - Foto

Pezeşkian Azərbaycanla bu əlaqələri dəstəkləyib

Bayramov kollegiya iclası keçirdi, tapşırıqlar verildi

Əli Əsədov Armenqolla görüşdü, başsağlığı verdi

Leyla Əliyevadan bacısı ilə bağlı maraqlı paylaşım - Foto

Şeyx Zayed Fondundan Əliyevlə bağlı paylaşım - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla