Yuxarı

Boşanma xəbəri yayılan Mədət Quliyevlə Zəhranın hekayəsi...

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Boşanma xəbəri yayılan Mədət Quliyevlə Zəhranın hekayəsi...

Bu gün keçmiş nazir, general-leytenant Mədət Quliyevlə həyat yoldaşı Zəhra Quliyevanın ayrıldıqları barədə məlumat yayılıb. İddialara görə, bir müddət əvvəl ayrılan Zəhra Quliyeva və Mədət Quliyevin birgə nikahdan doğulan övladları anaları ilə qalır, Mədət Quliyev isə onların maddi təminatını tam şəkildə qarşılayır.

Zəhra Quliyeva isə bu barədə şəxsi İnstaqram hesabında paylaşım edərək, ona şəxsi həyatı ilə bağlı sual verilməməsini xahiş edib.

Axar.az Savashmedia.az-a istinadla Mədət Quliyevlə Zəhra Quliyevanın birgə həyatı ilə bağlı bəzi maraqlı məqamları oxucuların diqqətinə çatdırır. Beləliklə...

Gəncədən Bakıya

Gəncədə doğulub böyüyən Zəhra 2007-ci ildə Bakıya oxumağa gəlib. Əvvəlcə Bakı Mədəni Maarif Texnikumunun Kulturologiya fakültəsinə daxil olub və oranı 2009-cu ildə fərqlənmə ilə bitirib. Elə həmin ildə də Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsinə daxil olub.

Müsahibələrinin birində 9-cu sinifdə oxuyarkən “İnternyus”un jurnalistika seminarlarına qatıldığını deyən Zəhra Gəncədə yaşayarkən “Gəncəbasar” qəzetinə 1-2 məqalə də verdiyini bildirib: "Amma 9-cu sinifdə oxuduğumu bildilər, dedilər ki, balaca, get universitetə hazırlaş”.

Jurnalistikanın uşaqlıq arzusu olduğunu deyən Zəhra 2009-cu ildə ANS telekanalıda keçirilən müsabiqəyə qatılb və kanalda fəaliyyətə başlıyıb.

ANS-in aparıcısı

ANS tetelekanalında “Ağıl dəryası” verlişinin aparıcısı olan Zəhra "Speys" telekanalında “Sənətkar” layihəsi ilə də izləyicilərinin görüşünə gəlib. İlk həyat yoldaşı olan Cavid Osmanovla da məhz ANS telekanalında tanış olub və onlar 2011-ci ildə ailə həyatı qurublar. Bu evlilikdən Zəhranın Adelya adında bir qız övladı var.

Zəhra 2013-cü ildə analıq məzuniyyəti səbəbi ilə ANS telekanalındakı işindən uzaqlaşıb, elə həmin tarixdə onun keçmiş həyat yoldaşı Cavid Osmanov da telekanalla yollarını ayırır.

Qəfil boşanma və yeni evlilik

2017-ci ildə Cavid Osmanov və Zəhra Quliyevanın boşanma xəbərləri dolaşmağa başladı. Bu haqda keçmiş həyat yoldaşı Feysbuk hesabında paylaşım edərək bu cümləni yazmışdı: “Həyatımda qəribə dəyişiklik baş verdi".

Zəhra isə heç nə yazmır və şəxsi həyatı ilə bağlı bütün sualları cavabsız qoyurdu. Amma elə həmin ilin sonlarına doğru Zəhra Rüstəmovanın Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin ovaxtkı rəisi, general-leytenant Mədət Quliyevlə evlənməsi haqda xəbərlər gündəmə gəldi.

Bu iddialarla bağlı son nöqtəni isə elə Zəhranın özü qoydu: O, “Sara Xatun” jurnalına Quliyeva soyadı ilə müsahibə verərək əslində bütün sualları cavablandırmış oldu.

Tarix
2026.01.23 / 21:01
Müəllif
Axar.az
Digər xəbərlər

Daha bir dələduzluq forması: İran ordusuna yardım... - Foto

Bu, əməliyyat şəraitinə ciddi təsir edir - Əli Nağıyev

Həlak olanların ailə üzvlərinə nə qədər təqaüd veriləcək?

Səfirliklərimizdə xidmət müddəti müəyyənləşdi - Yeni qayda

BƏƏ ziyana gedir, Səudiyyə isə gündə 300 milyon qazanır

Şeyxdən İran səfirinə: İlham Əliyev dəfələrlə bəyan edib ki...

Azərbaycan bu ölkə ilə münasibəti bərpa edir

İsmayılovun yarım milyardlıq əmlakı müsadirə olundu

Azərbaycan və Türkiyə hərbçiləri Naxçıvanda... - Video

Zakir Həsənov MDB-nin növbəti iclasında iştirak etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla