Yuxarı

Əli Əsədov Armenqolla görüşdü, başsağlığı verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əli Əsədov Armenqolla görüşdü, başsağlığı verdi

Baş nazir Əli Əsədov yanvarın 23-də İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol ilə görüşüb.

Axar.az xəbər verir ki, Baş nazir Ə.Əsədov bir neçə gün əvvəl İspaniyada baş vermiş qatar qəzası nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar F.Armenqola başsağlığı verib.

Görüşdə Azərbaycan ilə İspaniya arasında mövcud əlaqələrin müxtəlif sahələrdə müsbət dinamika nümayiş etdirdiyi bildirilib, dövlətlərarası münasibətlərin dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığı qeyd edilib.

Parlamentlərarası əməkdaşlıq məsələlərinə toxunularaq parlament səviyyəsində qarşılıqlı səfərlərin və təmasların önəmi vurğulanıb.

İki ölkə arasında müxtəlif istiqamətlərdə, xüsusən də ticarət-iqtisadi, investisiya, enerji, o cümlədən bərpa olunan enerji, nəqliyyat və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Tarix
2026.01.23 / 18:57
Müəllif
Axar.az
Digər xəbərlər

Putinin Əliyevə zəngi... – Kreml şərh etdi

Tacikistandakı səfirimiz də geri çağırıldı - Yeni təyinat

Prezident Qazaxıstandakı səfirimizi geri çağırdı - Yeni təyinat

Hindistandakı səfirimiz geri çağırıldı - Yeni təyinat

Mirziyayevdən Bakıya xüsusi jest: Cəmi 4 gün sonra... - Foto

Prezident Ukrayna ilə bağlı bu qanunu təsdiqlədi

Vladimir Putin İlham Əliyevə zəng etdi

XİN-dən Zaxarovanın fikirlərinə reaksiya: Son qoyulmalıdır!

Tramp onun Bakıya səfərini paylaşdı - Foto

KTMT Qarabağ münaqişəsinə müdaxilə edə bilməzdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla