Yuxarı

Bakıda dəhşətli qəza: Sürücü yandı - Video/Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-08-02 20:33:00

Bu dəqiqələrdə Bilgəh-Nardaran yolunda, çimərlik yaxınlığında dəhşətli qəza baş verib.

Axar.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, "Rənc Rover" markalı avtomobil "Zaparojets" və "Leksus" markalı avtomobillərlə toqquşub.

Zərbənin gücündən "Zaparojets" avtomobili yanmağa başlayıb. Avtomobilin içində olan sürücü yanıb ölüb, azyaşlı uşağın da dünyasını dəyişdiyi bildirilir.

Hazırda hadisə yerində DYP əməkdaşları araşdırma aparır.

***

Baş verən qəza hadisəsi ilə bağlı FHN rəsmi açıqlama yayıb.

Məlumatda qeyd olunur ki, Bakı şəhəri, Sabunçu rayonunda bir neçə avtomobilin toqquşması yanğınla nəticələnən yol-nəqliyyat qəzasına səbəb olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qəza nəticəsində "Zaparojets" markalı avtomobil deformasiyaya uğrayıb və yanıb. Avtomobilin sürücüsü Hüseynov Ağabala Baba oğlu hadisə yerində vəfat edib. Xilasedicilər A.Hüseynovun cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veribər.

Əməliyyat saat 20:49-da başa çatıb.

Tarix
2015.08.03 / 01:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla