Yuxarı

Bakıda yeni metro stansiyasından görüntülər - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda yeni metro stansiyasından görüntülər - Foto

Bakı metrosunun Bənövşəyi xətti üzrə Cəlil Məmmədquluzadə küçəsində yerləşəcək, uzunluğu 170 metr olan “B-04” stansiya kompleksi dörd səviyyədən ibarət olacaq.

Bakı Metropoliteni QSC-dən Axar.az-a verilən məlumata görə, hazırda birinci mərhələ çərçivəsində kassa zalı səviyyəsində torpaq qazıma və döşəmə tavasının monolit dəmir-betonlama işləri yerinə yetirilir.

Ərazinin relyefindən asılı olaraq işlər 29-32 metr dərinlikdə aparılır. Yuxarı qatda yerləşən kassa zalı və vestibüldən sonra ikinci səviyyə, keçid və yaxud texniki səviyyənin inşasına başlanılacaq.

Üçüncü səviyyə platformaya keçid xarakterli mezonin qatıdır. Sonuncu, platforma səviyyəsi, başqa sözlə, qatarların hərəkət edəcəyi stansiya yolu və gözləmə zalından ibarət olacaq. Uzunluğu 144 metr olan platformanın altı texniki qurğular üçün nəzərdə tutulub.

Texnoloji tələblərin ardıcıllığına uyğun olaraq, stansiyanın keçidləri bütün işlərin sonunda yerinə yetiriləcək. Hazırda inşa olunan kassa zalı səviyyəsindən dörd giriş-çıxışın olması nəzərdə tutulub. Bu isə yerüstü avtomobil yolunun hər iki tərəfinə rahat və təhlükəsiz keçidi təmin edəcək.

Bu stansiyada da səviyyədən səviyyəyə keçid eskalatorlar və pilləkənlərlə təmin ediləcək. Xəttin digər stansiyalarındakı kimi əlil arabalarının stansiyaya endirilməsi üçün liftlər quraşdırılacaq.

Tarix
2021.11.24 / 18:38
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

ABŞ-dakı dostlarımızı ürəkdən təbrik edirik - Hacıyev

"Demokratiyaya dəstək": İrəvan savaşa hazırlanır?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla