Yuxarı

Qaza bu zaman hava vurulur – Baş direktor

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qaza bu zaman hava vurulur – Baş direktor

Azəriqaz İstehsalat Birliyi tərəfindən vaxtaşırı olaraq qazın keyfiyyət göstəriciləri yoxlanılır. Bu gün satılan qazın keyfiyyət göstəriciləri meyarlara tam uyğundur.

Axar.az xəbər verir ki, bunu Azəriqaz İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.

Onun sözlərinə görə, qazın keyfiyyətinin dəyişdirilməsi, hər hansı kənar müdaxilə mümkün deyil:

“Yalnız qazın tərkibinə “adalant” deyilən maddə vurulur ki, bu da sıxma zamanı qazın iyinin müəyyən edilməsi üçündür. Qazın tərkibinə hava vurulması kimi fikirlər yayılır. Havanın təzyiq altında olan hər hansı qaz kəmərinə vurulması mümkün deyil. Bu, ancaq kipliyi yoxlamaq üçün edilə bilər. Yaxud havanın kəskin dəyişməsi zamanı kəmərlərdə maye toplanması əmələ gəlir. Mayeni kəmərdən çıxarmaq üçün yüksək təzyiqli hava vurulur. Hava qazla birlikdə üfürülür. İstisna hallarda ola bilər ki, mətbəxdə olan qaz avadanlıqlarında hava yığılması müşahidə olunsun. Bu hava gələndə açıq qoyun və sayğaca baxın. Sayğac göstəricisi dəyişmir. Fasiləsiz qaz verilən kəmərdə hava gəlməsi mümkünsüzdür. Yalnız təmirdən sonra kəmərdə hava qala bilər ki, onu da binaların girişində olan qaz paylayıcı şkaflarda hava təmizləyici vasitəsilə buraxırıq. Mənzillərdə qaz borusundan havanı çıxarmaq mümkün deyil. Hava mütləq mətbəxdəki qaz avadanlığından çıxmalıdır”.

Tarix
2021.11.26 / 12:15
Müəllif
Axar.az
Digər xəbərlər

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

İlham Əliyev Məhəmməd Ben Sulayem ilə görüşdü

Əli Əsədov suriyalı nazirlə görüşdü - Foto

Prezident Bakıda mühüm forumda... - Video

Türkiyədə Bakıya qarşı kampaniya - Nə baş verib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla