Yuxarı

"Omikron"la necə mübarizə aparmalıyıq? - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Omikron"la necə mübarizə aparmalıyıq? - Açıqlama

Koronavirusun yeni variantlarına qarşı mübarizədə ənənəvi metodlardan istifadə edilir.

Axar.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında həkim-infeksionist Vasif Əliyev deyib. Onun sözlərinə görə, yeni yaranan "omikron" variantının öldürücülük qabiliyyətinin digərlərindən yüksək olub-olmadığı ilə bağlı hələlik məlumat yoxdur:

"Bu mutasiyanın əvvəlkilərdən daha yoluxucu və ya daha öldürücü olub-olmadığı hələlik bilinmir. Xəstəliyin müalicə və diaqnostikası əvvəlki metodlarla davam etdirilir. Yəni, heç bir dəyişiklik yoxdur. Virusdan qorunma yolları da eynilə qalır. Fərdi gigiyena qaydalarına əməl etməklə yanaşı, maska taxılması, ictimai yerlərdə sosial məsafənin gözlənilməsi, həmçinin vaksinasiyadır. Hələ ki, virus yenidir. Əlavə məlumat olarsa, ÜST-dən bildiriləcək və biz də bunu ictimaiyyətə açıqlayacağıq".

Qeyd edək ki, ÜST-ün açıqlamalarına görə, bu variant bəziləri narahatlıq doğuran çox sayda mutasiyaya malikdir. İlkin tapıntılar yeni mutasiyanın daha yüksək yoluxma riski daşıdığı yönündədir.

Cənubi Afrika Təbiblər İttifaqının sədri Angeliku Kutzi isə açıqlamasında qeyd edib ki, yeni variantın simptomları əvvəlkilərdən çox fərqli və yüngüldür. Və xəstələrin əksəriyyəti vaksinasiya olunmayan şəxslərdir. Onun sözlərinə görə, Vuhan və delta variantlarından fərqli olaraq buna yoluxanların heç biri dad və iybilmə hissiyatını itirmir, bir-iki günlük əzələ ağrısı və yorğunluqla müşahidə olunan yüngül bir xəstəlik kimi başlayır.

Artıq "BioNTech" və "Moderna" şirkətləri mövcud vaksinlərin yeni varianta qarşı təsirlərini öyrənmək üçün araşdırmalara başlayıblar. Həmçinin, ayrıca olaraq "Moderna" "Omicron"a qarşı xüsusi buster doza üzərində çalışmalara başlanılacağını açıqlayıb.

Xatırladaq ki, yeni varianta Belçika, İngiltərə, Almaniya və Çexiyada da rast gəlinib.

Tarix
2021.11.30 / 00:30
Müəllif
Axar.az
Digər xəbərlər

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla