Yuxarı

Rüstəmxanlı Mirkişilidən tələb etdi: Hansı əsasla? – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rüstəmxanlı Mirkişilidən tələb etdi: Hansı əsasla? – Video

Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı ötən iclasda rüsumların iki dəfə artırılması barədə səsləndirdiyi irada komitə sədri Tahir Mirkişilinin verdiyi cavaba etiraz edib.

Axar.az xəbər verir ki, Sabir Rüstəmxanlı qanundan bir neçə sitat gətirib və bunlara əsasən, rüsumların iki dəfə artdığının sübut olunduğunu bildirib. Daha sonra isə T.Mirkişilinin etirazını əsaslandırmasını xahiş edib.

Spiker Sahibə Qafarovanın təklifi ilə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib ki, S.Rüstəmxanlı ötən dəfə “iki-üç dəfə” artımdan danışıb:

“İki dəfə artımla üç dəfə artım arasında böyük fərq var. Mənim izahatım doğru informasiyanın deputat həmkarım tərəfindən cəmiyyətə verilməməsi ilə bağlı olub. Bu cür çıxış olarsa, mən araşdırıb, Sabir müəllimlə ayrıca görüşərəm və izahını verərəm”.

Zəruri olaraq qeyd edək ki, ötən iclasda S.Rüstəmxanlının “2-3 dəfə artım” sözünə etiraz edən T.Mirkişili ümumiyyətlə artımların 2 dəfə olduğunu inkar etmişdi və demişdi:

“Bəzi rüsumlarda 20, 30, 40, 50 faiz artımlar var. Təbii ki, istənilən artım insanların cibinə təsir edir. Biz bunu qəbul edirik. Ancaq pensiya və maaşlar da artırlılır. Dəbbə pulunun çox olması ilə bağlı da bizə müraciətlər daxil olur. Bununla bağlı araşdırmalarımız olacaq”.

Tarix
2021.12.03 / 15:22
Müəllif
Axar.az
Digər xəbərlər

Aleksandr Vuçiç Azərbaycana gələcək

Polşa səfirliyi Azərbaycana başsağlığı verdi

Azərbaycan XİN İspaniyaya başsağlığı verdi

Xalqımızın məruz qaldığı ən dəhşətli faciələrdən biri...

Rusiya Azərbaycan vətəndaşlarını deportasiya etdi

Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı

Sabah başlayır: Paşinyan görüşə niyə getmədi?

İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi

Trampın İran mesajı: yeni lider axtarır

Müharibəyə getmək üçün azərbaycanlılara bu qədər təklif edilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla