Yuxarı

İstanbulda Qarabağ Zəfərinin ildönümü qeyd edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İstanbulda Qarabağ Zəfərinin ildönümü qeyd edildi

Milli Məclisin Mədəniyət Komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun üzvü Qənirə Paşayeva İstanbulda Qarabağ Zəfərinin birinci ildönümünə həsr olunmuş konfransda iştirak edib.

Axar.az xəbər verir ki, Türkiyə Əməkli Zabitlər Birliyi (TESUD), İstanbuldakı “Azərbaycan Kültür Evi”, “Anadolu Aydınlar Ocağı” və digər ictimai birliklərin birlikdə təşkil etdiyi möhtəşəm tədbir İstanbuldakı Maltəpə Türkan Saylan Kültür Mərkəzində keçirilib.

Qənirə Paşayeva 44 günlük müharibəni Çanaqqala müharibəsi ilə müqayisə edib, o vaxt olduğu kimi, Azərbaycan Vətən müharibəsində də yalnız görünən bir düşmənlə deyil, “yeddi düvel”lə savaşdığımızı bildirib:

“Bu savaş Azərbaycanın, türk millətinin ortaq Zəfəri ilə sonuclandı. Yaxşı xatırlayıram, biz müharibədən öncəki hər Türkiyə səfərimizdə “inşallah, növbəti tədbirlərimizi birlikdə azad edəcəyimiz Şuşada, Qarabağda keçirək” deyə arzumuzu söylərdik. Biz o sözləri əslində arzu olaraq demirdik, inam olaraq deyirdik. Budur, Tanrımıza çox şükürlər olsun, tarixi Zəfərimizi qutlayırıq.

Çox şadam ki, bu möhtəşəm tədbirin təşkilində məhz zabitlərimizi, qazilərimizi, şəhid ailələrimizi birləşdirən qurum-quruluşlar öncüllük edib. İstanbulda müalicə alan II Qarabağ müharibəsi qazilərinin də burada olması ayrı bir gözəllikdir. Onları, onların timsalında bütün qazilərimizi, şəhid ailələrimizi, aydınlarımızı ürəkdən salamlayır, alqışlayır, ən xoş diləklərimi yetirirəm!”

Çıxışlardan sonra qarşılıqlı hədiyyə və plaket təqdimi mərasimi keçirilib. Tədbirin təşkilatçı qurumları Qənirə Paşayevaya plaket və xatirə hədiyyəsi, Q.Paşayeva da öz növbəsində, təşkilatçı qurumların rəhbərlərinə Qarabağ motivli xatirə hədiyyəsi bağışlayıb.

Komitə sədrinin tədbiri təşkil edən qurumların rəhbərləri ilə də ayrılıqda görüşləri olub. Görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən yeni mədəni layihələrlə bağlı fikir mübadiləsi aparılıb.

Tarix
2021.12.03 / 22:01
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənilər Sədərəkdə bunu etmək istəyir - Yeni Zəngəzur planı

Bu ölkə Azərbaycana səfir təyin etdi - İqamətgah Ankaradadır

Mehdiyev niyə “91-lər”ə qoşulmayıb? - Əli Nağıyev danışdı

Azərbaycan nümayəndə heyəti İrəvanda... - Fotolar

Suriyadan 6 azərbaycanlı ölkəyə gətirildi

Əliyevin Ermənistan qərarı: Qarşıda hələ uzun yol var

Surət Hüseynov, Əli İnsanov, Əkrəm Əylisli… - Sırada kimdir?

Hazırda Bakı ilə bu məsələnin üzərində işləyirik - Mirzoyan

Azərbaycan sülhün reallaşmasına əlverişli şərait yaradıb

İlham Əliyev Orbanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla