Yuxarı

İlk milli sosial şəbəkəmiz: 150 min istifadəçisi var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkədə sosial şəbəkənin nə qədər vacib olduğunu bizə müharibə dövrü daha gözəl başa saldı. Həmin vaxt sosial şəbəkəyə girişə qoyulan məhdudiyyət həm də daha az məlumatlı olmağımıza səbəb olurdu. O ərəfələrdə biz Azərbaycanda ilk milli sosial şəbəkəni yaratmağı qərara aldıq.

Bu sözləri Axar.az-a açıqlamasında ölkəmizdə ilk mili sosial şəbəkə olan “Wibty”nin yaradıcısı Həmzə Hüseynli deyib.

O, bu platformanın sırf Azərbaycana məxsus olduğunu bildirib:

“Proqramın ilk versiyasını bu il, iyulun 19-da təqdim etmişik. Noyabrın 23-də proqramın yeni versiyasını təqdim etdik və bununla da proqram daha rahat və daha gözəl formaya salındı.

Hazırda bu platforma ilə insanlar musiqi dinləyə, bir-birilərini axtara, mesajlaşa, xəritə vasitəsi ilə harada olduqlarını görə bilirlər. Eyni zamanda video və foto paylaşmaq, profillərə baxmaq, bəyənmək kimi funksiyalar da mövcuddur”.

H.Hüseynlinin sözlərinə görə, bundan sonra daha böyük hədəfləri var:

“Qlobal dəyişiklik etmək fikrimiz var. Arzumuz odur ki, yeni platformamızda istifadəçilər özləri kontent yarada bilsin. Çünki indi paylaşım etmək funksiyası demək olar ki, əksər sosial şəbəkələrdə olduğuna görə artıq insanlara maraqlı gəlmir.

Hazırda istər sürət, istər rahatlıq baxımından Tik Tok daha əlverişlidir. Çünki burada montaj etmək, paylaşımı fərqli mətn və fərqli musiqilərlə daha asan formada təqdim etmək mümkündür.

Biz bunu ilk versiyamızda təqdim etməyi düşünürdük, lakin həmin vaxt dediklərimizi tam olaraq ölkədə ərsəyə gətirə biləcək proqramçı tapa bilmədik. İndi həmin proqramçılar bizim komandamızda var.

Hazırda proqram üzərində 20-dən çox adam işləyir. Həmçinin bu platformamızda milli çağırışlar (challenge) etmək fikrimiz də var”.

Qeyd edək ki, “Wibty” sosial şəbəkəsinin 150 mindən çox aktiv istifadəçisi var.

Tarix
2021.12.06 / 13:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla