Yuxarı

Daha bir xəbərdarlıq: qar yağacaq, yollar buz bağlayacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha bir xəbərdarlıq: qar yağacaq, yollar buz bağlayacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti hava şəraitinin qeyri-sabit keçəcəyi barədə növbəti dəfə xəbərdarlıq yayıb.

Xidmətdən Axar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında qısamüddətli fasilədən sonra havanın dekabrın 25-dək arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qara, nisbətən yüksək ərazilərdə qara keçəcəyi gözlənilir.

Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyinin 15-18 m/s, dekabrın 23-də arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-10° aşağı enəcək.

Azərbaycanın rayonlarında dekabrın 25-dək ölkə ərazisində hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntının intensiv və güclü olacağı ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-10° aşağı enəcək. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Tarix
2021.12.22 / 14:39
Müəllif
Axar.az
Digər xəbərlər

Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı

Türkiyə Ermənistanda “tərəfini” elan etdi

Trampın ən yaxını Türkiyəni hədələdi: İrandan sonra?..

İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?

Bayramov Qrono ilə görüşdü: Sülh prosesi...

Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı

“Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan

Bayramovla bu məsələni 2 saata yaxın müzakirə etmişik...

ABŞ Azərbaycan vətəndaşları üçün bu vizanı dayandırır

Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla