Yuxarı

Nazir məktəb direktorunu niyə işdən qovub?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir məktəb direktorunu niyə işdən qovub?

Təhsil nazirinin işdən çıxardığı məktəb direktoru ilə bağlı maraqlı məqamlar üzə çıxıb.

Axar.az-a daxil olan məlumata görə, Yasamal rayonunda yerləşən 158 nömrəli məktəbin direktoru Zemfira Səmədova heç də yaş senzi ilə əlaqədar işdən çıxarılmayıb. 25 ilə yaxındır məktəbin direktorluğunu edən Z.Səmədovanın işinə nazirlik məktəbdə apardığı yoxlamadan sonra xitam verib.

Məlumata görə, direktor Z.Səmədovanın bütün ailə üzvləri məktəbdə çalışırmış. Xanım direktorun həyat yoldaşı Orxan Səmədov məktəbin mühafizə xidmətini həyata keçirib. Direktorun bir oğlu və Sevinc adlı qızı da uzun müddətdir 158 nömrəli məktəbdə işləyir. Məlumata görə, Sevinc müəllimə hazırda da məktəbdə iqtisadiyyat fənnindən dərs deyir.

Mənbə qeyd edib ki, 2013-cü ilə qədər məktəb təmirsiz olub və təmirə qədər direktor məktəbin bir hissəsini avtoyuma servisi kimi icarəyə verib. Məktəb əsaslı təmir edildikdən sonra isə servis ləğv edilib.

Xatırladaq ki, Təhsil Nazirliyi Yasamal rayonunda yerləşən 158 nömrəli orta məktəbdə yoxlamalar aparıb. Aznews.az-ın məlumatına görə, yoxlamalar nəticəsində məktəbdə bəzi qanun pozuntuları aşkarlanıb. Nəticədə məktəbin direktoru Zemfira Səmədova işdən çıxarılıb. Faktı 158 nömrəli məktəbdən təsdiqləyibilər.

Tarix
2015.08.12 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Qazaxıstana səfəri başa çatdı

Prezidentin Qazaxıstan səfərindən - Videoçarx

Prezidentdən xoş xəbər: Yaxın aylarda...

Ermənistan Azərbaycan bayrağı ilə təqdim edildi - Foto

Aleksey Kuleba Bakıya gəlir

Liderlər Türküstan Bəyannaməsini imzaladı

Azərbaycana qarşı vuruşan general Almaniyada öldü

Prezident Qazaxıstanda təməlqoyma mərasimində...

İlham Əliyev TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxış etdi - Foto

Bayramov Türküstanda TDT XİN başçılarının iclasında - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla