Yuxarı

Kredit qalmaqalı: daha bir iş adamı axtarışa verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kredit qalmaqalı: daha bir iş adamı axtarışa verildi

Azərbaycan Beynəlxalq Bankının ətrafında yaranmış kredit qalmaqalı ilə bağlı iş adamı axtarışa verilib.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, "Azərbaycan Consaltinq Qrup", "PNN Group" və bir sıra başqa şirkətlərin sahibi Nəsib Piriyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində başlanmış cinayət işi ilə əlaqədar axtarışa verilib. N. Piriyevin xarici ölkələrdən birində olduğu, dəfələrlə istintaqa çağırılmağına baxmayaraq, ölkəyə qayıtmadığı bildirilir.

Qeyd edək ki, Nəsib Piriyev bir müddət əvvəl həbs edilən və daha sonra azadlığa buraxılan iş adamı Nizami Piriyevin oğludur.

Xatırladaq ki, Nəsib Piriyevin işi ilə bağlı daha dörd iş adamı hazırda həbsdədir.

Vəkil Kamandar Nəsibov APA-ya açıqlamasında bildirib ki, həmin işlə bağlı tutulan iş adamları Adil Hüseynov, Adil Mikayılov, Erhan Cavad Yavuz və Ratmir Bəkirov hazırda Bakı İstintaq Təcridxanasında saxlanılırlar.

K. Nəsibov həmçinin iş adamı Nəsib Piriyevin axtarışa verilməsi xəbərini təsdiqləyib.

Tarix
2015.08.14 / 14:25
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

Almaniya "Nardaran ssenarisi" ilə üzləşir - İranın “dini kanton” planı

Məxfi məlumatların mübadiləsi ilə bağlı saziş imzalandı

Gürcüstan Azərbaycandan bu məhsulun idxalını 9 dəfə artırdı

Lavrov Bayramova şikayətləndi, ardınca Rusiya bunu etdi...

Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama

Gizli görüş olur: Niyə Bakıdan izn alınmır?

Azərbaycan bu ölkə ilə əlaqələrə böyük önəm verir

Mediamız lazım gəldikdə hücuma da keçir - Hacıyev

Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla