Yuxarı

Azərbaycanda Omikron ştammı aşkarlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda Omikron ştammı aşkarlandı

Azərbaycanda koronavirusun Omikron ştammı aşkarlanıb.

Axar.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.

Qeyd olunub ki, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir:

"Koronavirusun mutasiyaları nəticəsində son zamanlar meydana çıxan yeni Omikron variantı bütün dünyada olduğu kimi Azərbaycanda da ciddi narahatlıq doğurur. Ölkədə epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün görülən tədbirlər çərçivəsində virusunun genetik variantlarına dair mütəmadi analizlər aparılır".

Birgə məlumatda bildirilib ki, aparılan araşdırmaların növbəti mərhələsində ölkə xaricindən gələn şəxslərdən götürülən nümunələrdən 12-də SARS-CoV-2 21K Omikron variantı aşkarlanıb:

"Aparılan tədqiqatların nəticələri bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində Azərbaycanda epidemioloji vəziyyətin sabit qalmasına nail olunub.

Səhiyyə qurumları vətəndaşlarımızı yayılan yeni ştammnan qorunmaq üçün İkinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, bədənin anticisimlərini yenidən yüksək səviyyəyə çatdırmaq üçün gücləndirici (buster) doza ilə peyvəndləməyə çağırır. Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da riayət olunmalıdır. Fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalar, virusun variantından asılı olmayaraq, xəstəlikdən qorunmağın və normal həyata qayıtmağın yeganə yoludur".

Tarix
2022.01.10 / 13:57
Müəllif
Axar.az
Digər xəbərlər

İranda hakimiyyətə Səfəvilər sülaləsi gəlsin - Buşun müavini

Prezidentdən bu nazirlə bağlı sərəncam

Zərbə hazırlıqları başladı - Arakçının zəngi nəyi dəyişəcək?

Fuad Qəhrəmanlı DTX-yə çağırıldı, məlum oldu ki...

Azərbaycanda bu 8 dövlət qurumu ləğv edildi

Solovyovun it kimi hürməsi... - Rubinyan

Bu ölkə səfirləri İran XİN-ə çağırıldı

Xameneiyə xatırlatma: Şah da etirazları qanla yatırmışdı

Bakı İsraildəki bu layihəyə 270 milyon yatıra bilər

Ququşdan iranlılara Pəhləvi ilə bağlı çağırış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla