Yuxarı

Avropanın bu iki ölkəsi birləşə bilər - Prezident

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropanın bu iki ölkəsi birləşə bilər - Prezident

Regionumuzdakı geosiyasi vəziyyət Moldova kimi dövlətlər üçün ciddi çətinliklər yaradır və Avropa Birliyinə qoşulmaq suverenliyimizi qorumağa kömək edəcək.

Axar.az xəbər verir ki, bu sözləri Moldova Prezidenti Maya Sandu deyib.

“Başqa bir həll yolu Rumıniya ilə yenidən birləşmək ola bilər, amma hazırda bu ideya kifayət qədər dəstək almır”, - deyə Moldova prezidenti əlavə edib.

O, açıq şəkildə bildirib ki, bu məsələ ilə bağlı mümkün referendumda Moldovanın Rumıniya ilə birləşməsinə səs verəcək:

“Əgər referendum keçirsəydik, Rumıniya ilə birləşməyə səs verərdim. Bu gün Moldova ətrafında və dünyada baş verənlərə baxın. Moldova kimi bir ölkənin yaşaması, demokratik dövlət, suveren dövlət kimi mövcud olması getdikcə çətinləşir. Lakin Moldova Respublikasının prezidenti kimi başa düşürəm ki, Rumıniya ilə yenidən birləşməyi dəstəkləyən əksəriyyət yoxdur, əksinə, AB-yə qoşulmağı dəstəkləyən əksəriyyət var və biz bu məqsəd üçün çalışırıq. Bu, daha real bir məqsəddir və suverenliyimizi qorumağımıza kömək edir”.

O qeyd edib ki, birləşmə fürsəti 1990-cı illərin əvvəllərində əldən verilib.

Tarix
2026.01.12 / 22:01
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla