Yuxarı

Bu tərbiyəçinin fəaliyyəti məhdudlaşdırıla bilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu tərbiyəçinin fəaliyyəti məhdudlaşdırıla bilər

İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasında azyaşlıya qarşı şiddət göstərən tərbiyəçi Zülfiyyə Baxışovanın fəaliyyəti məhdudlaşdırıla bilər.

Axar.az xəbər verir ki, bu barədə Report-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-Təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib.

"Dünya praktikasına əsasən, hər hansı şəxs uşağa qarşı zorakılıq törədirsə, bununla bağlı məlumat bazaya yerləşdirilir. Bu kimi hal gələcəkdə tərbiyəçinin məhz həmin istiqamətdə fəaliyyət göstərməsini qadağan edir. Əgər o şəxsin adı həmin məlumat bazasında yerləşdirilirsə, bu, o deməkdir ki, artıq həmin şəxs bu sahədə heç vaxt fəaliyyət göstərə bilməz. Azərbaycan qanunvericiliyində də bu cür hallarla bağlı məsuliyyət nəzərdə tutulub. Hüquq-mühafizə orqanları bununla bağlı araşdırma aparır və hüquqi qiymət veriləcək", - T.İbrahimova əlavə edib.

Dövlət Komitəsinin şöbə müdiri vurğulayıb ki, Azərbaycanda da bu kimi hallarla bağlı məlumat bazası yaradıla bilər: "Artıq Dövlət Komitəsi yaxın vaxtlarda bu məsələ ilə bağlı Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya rəsmi müraciət edəcək. Azərbaycanda da bu istiqamətdə işlər görülməlidir. Çünki artıq neçə illərdir ki, bu cür təhsilverənlərlə bağlı faktlar ortaya çıxır. Zənnimcə, həmin insanların belə bir tarixçəsi olmalıdır ki, gələcəkdə onlar bu istiqamətdə - uşaq hüquqları ilə bağlı, təhsil verən kimi fəaliyyət göstərə bilməsinlər".

Qeyd edək ki, İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasında tərbiyəçi Baxışova Zülfiyyə Ədalət qızı körpəyə qarşı şiddət göstərib. O işdən çıxarılıb və hüquq-mühafizə orqanları tərəfindən təhqiqata cəlb edilib.

Tarix
2022.01.14 / 19:29
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğanın Azərbaycana sevgisi ürəkdən gəlir, bu da... - AKP

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla