Yuxarı

Yeniyetmə qızların evdən qaçma səbəbləri

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeniyetmə qızların evdən qaçma səbəbləri

İllərdir erkən nikaha qarşı müzakirələrə qoşulub, bunu şiddətlə qınayıram. Qızların evdən çıxıb getməsinin səbəbini biz daha çox ailədə axtarmalıyıq. Ailədə verilən tərbiyə, davranış, onun mühiti, təhsildən kənar qalması və ya adının sadəcə təhsildə olub, özünün evdə qalması, onun yanında aparılan söhbətlər, ailənin həssas durumu və s. Bunların hamısı qızların evdən qaçmasına səbəb olur.

Bu sözləri Axar.az-a Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə erkən nikahlar haqqında danışarkən deyib.

“Övladlarımızın yeniyetməlik - sevib-sevilməni dərk edən dövründə valideyn olaraq onlarla ünsiyyətdə olmuruqsa, onlarla müzakirələr aparmırıqsa, nələrinsə izahını vermiriksə, ümumiyyətlə, cinsəl tərbiyə ilə bağlı qızlarımızla, oğlanlarımızla danışmırıqsa, əlbəttə, evdən qaçma və erkən nikah halları ilə tez-tez rastlaşacağıq”, - deyə o qeyd edib.

Sədrin sözlərinə görə, bir həftə ərzində sığınacağa 3 qız daxil olub:

“10, 14 və 16 yaşında və hər üçü həssas ailədən çıxan 3 yeniyetmə. Ya ataları dünyasını dəyişib, yaxud atalığı tərəfindən seksual hərəkətlərə təhrik olunub. Digər bir qız anası dünyasını dəyişdikdən sonra ümumiyyətlə atasından ayrı yaşayıb. Burada analıq faktoru var.

14 yaşlı qızın evdən qaçma səbəbi isə uşağın ailə tərəfindən hicaba məcbur edilməsidir. Bütün hallarda hər bir hadisənin arxasında ailə dəyərləri durur. Bu halların aradan qaldırılması üçün mən bir daha deyirəm ki, uşaq hüquqları mexanimzlərinin işlək vəziyyətə gətirilməsi, həssas ailələrlə bağlı işin təşkili, icra hakimiyyətləri yanında komissiyalar ilə həmin ailələrin görüşü mütləqdir”.

Tarix
2022.01.19 / 08:15
Müəllif
Aygün Adıgözəlova
Digər xəbərlər

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla