Yuxarı

Məktəblilərin ləğv edilən qış tətili "başladı"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən məktəblilərin qış tətili başlayır.

Axar.az xəbər verir ki, qış tətili günləri Nazirlər Kabinetinin müvafiq qərarına görə məktəblərdə 29-31 yanvar tarixləridir.

Qeyd edək ki, 2021-2022-ci tədris ili müəyyən edilən müddətdən gec başladığından təhsil proqramlarının təhsilalanlar tərəfindən tam mənimsənilməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlim tərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında” Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 259 nömrəli qərarına əsasən payız tətili günlərində olduğu kimi, qış tətili günlərində də qısaltmalar olub.

Bununla da ibtidai təhsil səviyyəsi (I-IV) üzrə qış tətili günlərindən 27-28 yanvar tarixləri dərs günləri hesab olunur. Yəni ibtidai təhsil səviyyəsi (I-IV) üzrə 5 günlük rejimlə işləyən məktəblərdə yalnı 31 yanvar qış tətili, 6 günlük rejimlə işləyən məktəblərdə isə 29 və 31 yanvar qış tətilidir.

Ümumi orta təhsil (V-IX) və tam orta təhsil səviyyələri (X-XI) üzrə qış tətili günlərindən 27-28 və 31 yanvar tarixləri dərs günləri hesab olunur. Yəni ümumi orta təhsil (V-IX) və tam orta təhsil səviyyələri (X-XI) üzrə 5 günlük rejimlə işləyən məktəblərdə qış tətili olmayacaq, 6 günlük rejimlə işləyən məktəblərdə isə yalnı 29 yanvar qış tətilidir.

Qeyd edək ki, bu il ölkədə pandemiya səbəbindən məktəblərlərdə əyani tədris aşağı siniflər üzrə sentyabrın 22-də, yuxarı siniflər üzrə isə sentyabrın 29-da bərpa olunub.

Tarix
2022.01.29 / 00:19
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp istədi, AB əməl edir: Rusiyadan idxal dayandırılır...

Bayramov Marta Kos ilə bölgədəki vəziyyəti müzakirə etdi

Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla