Yuxarı

Əli Əliyevin məhkəməsinin vaxtı açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əli Əliyevin məhkəməsinin vaxtı açıqlandı

Xüsusi ittiham qaydasında həbs edilən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub.

Axar.az xəbər verir ki, bu barədə partiya sədrinin vəkili Cavad Cavadov məlumat yayıb.

O bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Habil Məmmədovun sədrliyi ilə məhkəmənin ilkin baxış iclası fevralın 11-i, saat 14:30-a təyin edilib.

Qeyd edək ki, yanvarın 13-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə Ə.Əliyevə 5 ay həbs cəzası verilib.

Xatırladaq ki, DSX kapitanı Ramin Ədilovun xüsusi ittiham qaydasında Əli Əliyev barəsində şikayətinə hakim Rauf Daşdəmirovun sədrliyi ilə bir müddət sonra baxılacaq.

2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus Mi-17 tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət veriblər.

İddiaçıların şikayətlərində bildirilib ki, VİP sədri Əli Əliyev məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyünü deyib. Bu çıxışından sonra qəza nəticəsində sağ qalan hərbçilər Əli Əliyevi məhkəməyə verib.

Tarix
2022.02.03 / 23:14
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla