Yuxarı

Polis Rasim Məmmədovu belə saxladı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polis Rasim Məmmədovu belə saxladı - Video

13:46

Özünü “İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri kimi təqdim edən Rasim Məmmədov saxlanılıb.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, vətəndaş Rasim Məmmədov 2021-ci il sentyabrın 17-də Sumqayıt şəhərində yerləşən Azmetal MMC-yə gələrək heç bir əsaslı səbəb olmadan oranın direktor müavini Ramiz Hüseynovun ünvanına nalayiq söyüşlər söyüb, çölə çıxmasını tələb edib.

R.Hüseynov həyətə düşdükdən sonra R.Məmmədov təkrar olaraq onun ünvanına nalayiq ifadələr işlədib və əlindəki mobil telefonla MMC-nin anbardarı Sabir İsmayılovun baş nahiyəsinə 3 dəfə zərbə vuraraq, ona müxtəlif dərəcəli bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri edib.

Faktla əlaqədar Sumqayıt Şəhər Polis İdarəsində müvafiq araşdırma aparılıb və araşdırmanın nəticəsinə uyğun olaraq Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanılıb.

Fevralın 3-də Rasim Məmmədov qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinərək saxlanılıb.

"Onu da qeyd edək ki, özünü “İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri kimi təqdim edən Rasim Məmmədovun müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərə qarşı da qanunazidd hərəkətlər etməsi ehtimal olunur. Odur ki, onun belə əməllərindən zərərçəkmiş şəxslər varsa, bu barədə DİN-in 102 Zəng-Mərkəzinə və Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edə bilərlər", - məlumatda qeyd edilib.

Rasim Məmmədovun saxlanma anının əməliyyat görüntülərini təqdim edirik:

Tarix
2022.02.04 / 14:56
Müəllif
Axar.az
Digər xəbərlər

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla