Yuxarı

Şəki sakinindən narkotik vasitələr götürüldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəki sakinindən narkotik vasitələr götürüldü

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Elnur Nəbiyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin və tiryək aşkarlanıb.

Davam etdirilən tədbirlərlə E.Nəbiyevin şəhər ərazisindəki köhnə tikilidə gizlətdiyi 450 qram qurudulmuş marixuana da aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin də qərarı ilə E.Nəbiyevin barəsində həbs qətimkan tədbiri seçilib.

Tarix
2022.02.05 / 10:03
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvandan TRİPP-lə bağlı mühüm açıqlama

Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

XİN Türkiyəyə başsağlığı verdi

Türkiyədə helikopter qəzası: 5 hərbçi şəhid oldu - Video

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla