Yuxarı

Terrorizmi dəstəkləyənlərlə bağlı dəyişikliklər edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Terrorizmi dəstəkləyənlərlə bağlı dəyişikliklər edildi

BMT Təhlükəsizlik Şurası (TŞ) "əl-Qaidə" təşkilatı və "Taliban" hərəkatına qarşı Sanksiyalar Komitəsinin beynəlxalq siyahısına 1267 və 1373 saylı qətnamələr üzrə dəyişikliklər edib.

Buna səbəb Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin terrorizmi dəstəkləməyə görə beynəlxalq sanksiyaların rejimi altında olan hüquqi və fiziki şəxslərin siyahısına müvafiq dəyişikliklər etməsidir.

Məlumata görə, siyahıya yeni hüquqi və fiziki şəxslərin adları əlavə edilib, bəzi hüquqi və fiziki şəxslərin adları çıxarılıb, eləcə də onlardan bir neçəsi haqqında məlumatlar dəqiqləşdirilib.

1999-cu ildə BMT TŞ-də "əl-Qaidə" təşkilatı və "Taliban" hərəkatının maliyyə vəsaitlərinin dondurulması və "əl-Qaidə" təşkilatı və "Taliban" hərəkatına qarşı Sanksiyalar Komitəsinin yaradılması barədə 1267 saylı qətnamə qəbul edilib. 1373 saylı qətnamədə terrorçuluq fəaliyyətinin, həmçinin beynəlxalq siyahının təsdiq edilməsi çərçivəsində antiterror komitəsinin yaradılmasının maliyyələşdirilməsinin yolverilməzliyi bildirilir.

Siyahıya edilən sonuncu dəyişikliklər sayca 24-cüdür. Yenilənmə TŞ-nin qərarı və regional təşkilatlardan daxil olan məlumatlar əsasında həyata keçirilir.

Azərbaycan Nazirlər Kabinetinin əmrinə əsasən, beynəlxalq siyahı ölkənin Xarici İşlər Nazirliyinin təqdimatı əsasında Maliyyə Monitorinqi Xidməti tərəfindən təsdiqlənir və yenilənir. (Trend)

Tarix
2014.01.12 / 10:05
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan xalqı erməni xalqına heç bir pislik etməyib

Prezident Zəngilanda ailələrlə görüşdü, çıxış etdi

İlham Əliyev Zəngilanda yaşayış kompleksinin açılışında

Prezident Zəngilanda yeni otelin təməlini qoydu

Köçəryan sərhədimizə, Şişqayaya gəldi, “artsax bayrağı” ilə...

Azərbaycana qarşı revanşist düşüncəli şəxslər... - Nazir

İran bunu araşdıracağını vəd edib - Bayramov

İlham Əliyev Fitsoya cavab yazdı: Əziz Robert...

Heydər Əliyev Azərbaycanı memar kimi yenidən qurdu

Rusların böyük hücumunu İlon Mask məhv etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla