Yuxarı

Zelenski buna görə İlham Əliyevə təşəkkür etdi - Bayramov

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zelenski buna görə İlham Əliyevə təşəkkür etdi - Bayramov

Rəsmi səfərim çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski tərəfindən qəbul olunmaq mənim üçün şərəf oldu. Görüş zamanı Azərbaycan ilə Ukrayna arasında strateji tərəfdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri barədə hərtərəfli müzakirələr apardıq. Xüsusilə siyasi dialoq, energetika, nəqliyyat, humanitar əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərə diqqət yetirdik.

Axar.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov öz X hesabında yazıb.

XİN rəhbəri Zelenskini Cənubi Qafqazda münaqişədən sonrakı vəziyyət, sülh gündəliyinin irəlilədilməsi istiqamətində görülən işlər və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı yenidənqurma prosesi barədə məlumatlandırdığını bildirib.

“Prezident Zelenskinin Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımla bağlı xoş sözlərini və davam edən dəstəyimizə görə Prezident İlham Əliyevə ünvanladığı təşəkkürü yüksək qiymətləndirirəm”, - Ceyhun Bayramov əlavə edib.

Tarix
2026.08.06 / 21:52
Müəllif
Axar.az
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla