Yuxarı

“Veysəloğlu” barəsində iş qaldırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Veysəloğlu” barəsində iş qaldırıldı

2021-ci ildə dünyada baş verən qlobal qiymət artımı fonunda ölkəmizdə də bir sıra ərzaq məhsullarının qiymətində dəyişiklik müşahidə edilir.

Axar.az xəbər verir ki, qiymət manipulyasiyalarının qarşısının alınması üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bazarda antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarət məqsədilə araşdırmalara başlayıb. Dövlət Xidməti tərəfindən yerli idxalçı müəssisələrə zəruri sənəd və məlumatların təqdim olunmasına dair sorğular göndərilib.

Sorğulara əksər təsərrüfat subyektləri tərəfindən vaxtında cavab verilməsinə baxmayaraq, Veysəloğlu MMC tərəfindən Dövlət Xidmətinə heç bir sənəd və məlumat təqdim edilməyib. Bununla əlaqədar, Dövlət Xidməti Veysəloğlu MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırıb.

İşə baxılması nəticəsindən asılı olaraq, təsərrüfat subyekti barəsində qanunamüvafiq tədbir görüləcək.

Tarix
2022.02.17 / 10:08
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla