Yuxarı

Ana və 2 azyaşlı övladını qətlə yetirən şəxs tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ana və 2 azyaşlı övladını qətlə yetirən şəxs tutuldu

Bakıda ana və 2 azyaşlı övladını qətlə yetirən şəxs tutulub.

Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovnik Ehsan Zahidov məlumat verib.

O bildirib ki, həmin hadisədən dərhal sonra cinayəti törədən şəxsin müəyyən edilib istintaqa təqdim edilməsi üçün polis əməkdaşları tərəfindən intensiv əməliyyat-axtarış tədbirləri həyata keçirilib:

“Həyata keçirilən tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Əhəd Əliyev saxlanılıb. İlkin məlumata görə, qətlə yetirilən Gülnar Qaraxanovanın bacısının əri olan Əhəd Əliyev cinayəti tamah məqsədi ilə törədib. Həmin şəxsin evdən apardığı pulun bir hissəsi olan 20 min manat da ondan dəlil kimi aşkar edilərək götürülüb”.

Qeyd edək ki, fevralın 20-i günorta saatlarında paytaxtın Nizami rayonunda 1983-cü il təvəllüdlü Qaraxanova Gülnar Malik qızı və onun övladları - 2008-ci il təvəllüdlü Qaraxanlı Lamiyə Fəsahət qızı, 2011-ci il təvəllüdlü Qaraxanlı Ataxan Fəsahət oğlu bıçaqlanaraq qətlə yetirilib.

Tarix
2022.02.21 / 09:26
Müəllif
Axar.az
Digər xəbərlər

Vyetnam mediası İlham Əliyevin səfərindən yazır

Tramp, Putin və Sinin razılaşdığı 4 bəndin “sirri”

Nəriman Qocatürkün ölümündən öncəki son məktubu üzə çıxdı

Prezidentin Vyetnama səfəri ilə bağlı - Videoçarx

Szinpinin hiyləgər təklifi: Putin və Tramp qəbul etməyəcək

İlham Əliyev Vyetnama getdi

Paşinyan üçün riskli ssenari: Hakimiyyətdən gedəcək...

Ağdam erməni vandalizminin şahididir...

İlham Əliyev bu ölkəyə səfərə hazırlaşır

Azərbaycan Cənubi Qafqazda əsas logistika habıdır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla