Yuxarı

Kür ətrafında Tuqay meşələri bərpa edilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tuqay meşələri təkcə Kür çayı ətrafında deyil, Araz, Alazan, Qabırrı, Ağrıçay vadilərində də mövcuddur. Həmin meşələrin bərpası ilə bağlı çox ciddi işlər görülməkdədir.

Axar.az xəbər verir ki, bu barədə Meşələrin İnkişafı Xidmətinin meşəbərpa şöbəsinin müdiri Vahid Fərzəliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Feysbuk səhifəsi üzərindən canlı yayımlanan “Ekspert saatı”nda məlumat verib.

Kürqırağı Tuqay meşələrinin xüsusi əhəmiyyətə malik olduğunu bildirən V.Fərzəliyev onların bərpası ilə bağlı ilkin layihələrin hazırlandığını, həmin layihələrin həyata keçirilməsi üçün müxtəlif qurumlarla danışıqlar aparıldığını qeyd edib:

“Aerokosmik görüntülərlə Tuqay meşələrinin otuz il bundan əvvəlki vəziyyətini, dinamikasını araşdırır, sahəsinin azalma tendensiyasını öyrənirik. Tuqay meşələrinin sahəsinin azalmasının bir səbəbi də qrunt sularının səviyyəsinin enməsidir. Çay vadilərində qrunt sularının səviyyəsinin enməsi nəticəsində həmin meşələrdə getdikcə azalma müşahidə olunur. Ümid edirəm ki, yaxın illərdə Tuqay meşələrinin bərpası ilə əlaqədar çox ciddi işlər görüləcək”.

Tarix
2022.03.29 / 19:55
Müəllif
Axar.az
Digər xəbərlər

"Azərsun Holdinq”in yeni sədri bəlli oldu

Mnatsakanyan təsdiqlədi: "Ordunun komandanı" olub

Rustavidə saxlanılan İŞİD üzvü Azərbaycan vətəndaşıdır

Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri ilə görüşdü

Əmlakın müsadirəsi ilə bağlı yeni qərar

Balayanın 1991-ci ildə istintaqa ifadəsi: hücum edənlər...

Ağacları kütləvi şəkildə kəsənlər vəzifəli şəxslər imiş

Pənahov ABŞ-da 2 milyonluq villanı hansı pulla alıb?

Başçı bir ərazini iki şəxsə satdı, məhkəməni isə saymırlar...

Xocalıda qumbara partladı: yaralı var

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla