Yuxarı

Müəllim olmaq istəyənlərə yeni şans

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən, boş qalan 1468 vakant yerə əlavə yerləşdirmə elan edib.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, əlavə yerləşdirmədə fənlər üzrə müvafiq keçid balını toplayan, keçid balından 10 faiz aşağı bal toplayan namizədlər iştirak edə bilərlər.

Vakant yer tutmaq hüququ qazanan keçid balını toplamış namizədlər müddətsiz müqavilə əsasında, keçid balından aşağı bal toplayanlar 2015-2016-cı dərs ilinin sonunadək müddətli müqavilə ilə işləmək hüququ əldə edəcək.

Bu il müsabiqədən sonra ümumi təhsil müəssisələrində qalan vakant yerlərin tutulması sahəsində yeni yanaşma tətbiq edilib.

Ərizələrin qəbulu 3 sentyabr 2015-ci il tarixdən başlanacaq və 6 sentyabr 2015-ci il tarixdə saat 15:00-da başa çatacaq. Namizədlər öz "Şəxsi səhifə"lərinə daxil olmaqla 8-dək vakant yer seçə bilər.

Vakant yer tutmaq hüququ qazanan namizədlər 7 sentyabr 2015-ci il tarixdə saat 14.00-da Azərbaycan Dövlət İqtisad Universitetinin II korpusuna müsahibəyə dəvət olunacaqlar.

Vakant yer tutmaq hüququ qazanan keçid balından aşağı bal toplamış namizədlərin siyahıları müddətli müqavilələrin bağlanması üçün müvafiq yerli təhsil orqanlarına və təhsil müəssisələrinə göndəriləcək.

Tarix
2015.09.03 / 18:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla