Yuxarı

Yeni rəhbər Rövnəq Abdullayevin adamını işdən çıxardı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ölkədə neft və neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan SOCAR Petroleum QSC-nin baş direktoru Rövşən Həsənov işdən çıxarılıb.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, onun yerinə Anar Tağıyev təyin olunub.

Qeyd edək ki, Rövşən İmran oğlu Həsənov bu vəzifəyə ötən ilin dekabrında gətirilmişdi.

O, SOCAR məsələlərində adı daim hallanan, məşhur iş adamı, Rövnəq Abdullayevin dayısı oğlu Anar Əliyevin (Əlizadə) əsas kadrlarından biri hesab olunurdu. Onların qohumluq əlaqələri də var.

Rövşən Həsənov “SOCAR Petroleum”dan əvvəl “Azərneftyağ” Neft Emalı Zavodunun direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, “SOCAR Petroleum” QSC Azərbaycan ərazisində neft məhsullarının alqı-satqısının təşkil edilməsi və çoxsahəli nəqliyyat infrastrukturuna, beynəlxalq standartlara uyğun, keyfiyyətli təchizat xidmətinin həyata keçirilməsi məqsədilə 2008-ci ildə təsis edilib.

Tarix
2022.05.04 / 13:56
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev imtina etdi, Putinin vəziyyəti dəyişmək cəhdi...

Bu gün Bakıda İsrail və Türkiyə rəsmiləri danışıqlar aparacaq

Əliyev Moskvaya getməkdən imtina etdi və sübut etdi ki…

Fransadan Azərbaycana qarşı diplomatik hörmətsizlik

Fitso da Azərbaycan üzərindən Moskvaya uçacaq?

Ermənistanla sərhəddəki pozuntularla bağlı məlumat

Sahibə Qafarova BƏƏ prezidenti ilə görüşdü

İlham Əliyevin adından Lamın şərəfinə ziyafət verildi

Prezidentin To Lamla geniş tərkibdə görüşü oldu

Bakı ilə imzalanan bəyanatın icrası üçün 5 təklif... - Lam

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla